Baş texnik

Şirkət haqqında
Əmək haqqı
1000-1500

İş haqqında

Təcili olaraq aşağıdakı şərtlər üzrə “Baş texnik ”(Zirə və ya Sumqayıt) tələb olunur.

Vakansiya haqqında
İş yeri: Zirə qəsəbəsi, İstixana Kompleksi
İş yeri: Sumqayıt, ST Sumqayıt, İstixana Kompleksi
İş saatı : Həftədə 6 gün həftəlik 40 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: 1000-1500 azn

Vəzifə öhdəlikləri
• İstixanada olan qurğuların, avadanlıqların, mexanizmlərin texniki vəziyyətinin daim yoxlanmasında və aşkar olunan nasazlıqların operativ surətdə aradan qaldırılmasına nəzarət edir;
• İstixana ərazisində, nasosxanada, çən parklarında, qazanxanada, kompressor otağı və digər mexaniki qurğu və avadanlıqların normal və təhlükəsiz işləməsini təmin edir;
• Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
• Təmirin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə, qurğuların texniki vəziyyətinə nəzarət edir;
• Qaz təhlükəli yerlərdə: nasosxanalarda, qazanxanda və hündürlük işlərinin yerinə yetirilməsinə birbaşa nəzarət edir;
• Avadanlıqların və qurğuların təmirində, qulluq edilməsində istifadə olunan ehtiyat hissələrinin və mal/materialın təyinatı üzrə sərf olunmasına, onların saxlanılmasına rəhbərlik edir;
• Təmir və montaj işlərinin görülməsi üçün istifadə edilən alət və vasitələrin saz vəziyyətdə saxlanılmasına nəzarət edir;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edir;
• Xidmət edilən qurğunun prinsipial texnoloji sistemini və kommunikasiyaların sxeminin qorunub saxlanmasını təmin və nəzarət edir;
• Avadanlıqların texniki xarakteristikasına, konstruktiv xüsusiyyətlərinə, iş rejiminə, onların istismar qaydalarına uyğun istifadəsini təşkil və təmin edir;
• Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı digər tapşırıqları yerinə yetirir.


Təhsil və iş təcrübəsi
• Ali təhsil
• Rus dili və ya ingilis dili biliyi
• Minimum 3 il analoji sahədə təcrübə (İstixana üzrə iş təcrübəsi olmağı üstünlükdür)

Bacarıq və səriştələr
• İstixana avadanlıqları ilə işləmə bacarığı;
• Komandada işləmək bacarığı;
• Məsuliyyətlilik.

Təminatlar:
Nəqliyyat və naharla təmin edilir.

Bilməlidir
• İstixana avadanlıqları ilə işləməyi;
• Texniki xidmət ilə bağlı daxili nizam-intizam qaydalarını;
• Əməyin mühafizəsinin, texniki təhlükəsizliyinin, istehsalat sanitariyasının, mülki müdafiənin norma və qaydalarını, qəza halları zamanı fəaliyyətlərini.

Müraciət qaydası
Zəhmət olmasa CV-lərinizi [email protected] e-mail adresinə göndərin.
CV-ləri göndərərkən başlıq yerinə “Baş texnik (Zirə)”, “Baş texnik (Sumqayıt)” qeyd etməyi unutmayın.