Baş Xəzinədar

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Vəzifənin məqsədi
- Şöbədə xəzinədar tərəfindən aparılan kassa əməliyyatları üzrə cavabdeh olmaq.

Vəzifə öhdəlikləri
- Günün əvvəli pul saxlanılan yerin açılmasında iştirak etmək
- Tabeçiliyində olan xəzinədarların işinə nəzarət etmək, müəyyən perioddan bir onların işini qiymətləndirmək
- Gün ərzində kassada yaranmış problemləri aradan qaldırmaq və ya aradan qaldırılmasına yardımçı olmaq
- Baş xəzinədarı olduğu şöbənin kassasının nağd pul limitinə nəzarət etmək
- Baş xəzinədarı olduğu şöbənin kassasında limitdən artıq vəsait olduqda Baş kassaya məlumat vermək və artıq vəsaiti Baş xəzinəyə göndərmək
- Xəzinədarların gün ərzində ABS-də müxabirləşdirdiyi əməliyyatları sistemdə təstiqləmək, nəğd pul məxarici sənədlərini yoxlamaq və imzalamaq
- Günün sonu və ya ertəsi gün “Günün sənədləri” qovluğuna tikilmiş sənədlərin tamlığını və düzgünlüyünü yoxlamaq və imzası ilə təsdiqləmək
- Baş xəzinədarı olduğu şöbədə yerləşən ATM AVMQ və Bankın digər avadanlıqlarının limitlərinə nəzarət etmək
- Depozit qutusu olan müştərilərin qutularından istifadə etməsinə köməklik göstərmək
- Yenidən sayma kassasının işinə nəzarət etmək
- Yeni xəzinədarların banka adaptasiya olmasına və bankın daxili təlimatlarını, iş prosesini və ABS-ni mənimsəməsinə kömək etmək
- Günün sonu tabeçiliyində olan xəzinədarlardan qiymətliləri qəbul etmək (həm fiziki həm də sistemlə)
- Günün sonu pul saxlanılan yerin sayılmasında və bağlanılmasında iştirak etmək
- Kassa kitabının aparılması, kassa üzrə bütün hesabatların hazırlanması
- Müştəri məmnuniyyətinin, habelə kassa işinin fasiləsiz təmin edilməsi məqsədi ilə işçilərin gündəlik fəaliyyətində dəstəyin göstərilməsi
- Avadanlıqların işlək vəziyyətdə olub olmamasına nəzarət edilməsi

Tələb olunan bilik, bacarıq və təcrübə
- Təhsil: İqtisadiyyat sahəsi üzrə bakalavr dərəcəsi
- Tələb olunan iş təcrübəsi: Xəzinə və Bank sahəsində 5 il
- Xarici dillər: Azərbaycan dili (səlis), Rus dili (yaxşı), İnqilis dili (orta)
- Kompüter bilikləri: Word, Excel, Outlook
- Məhsul üzrə biliklər: Bankın nağd vəsaitlər üzrə məhsul xüsusiyyətlərinin bilməsi
- Başqa tələblər: Mərkəzi bankın qaydaları, FlexCube

Vəzifə tələblərinə uyğun gələn namizədlərdən CV-lərini [email protected] ünvanına emailin başlığında “Baş Xəzinədar (Zaqatala)” yazaraq göndərmələri rica edilir.
Yalnız tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

Son müraciət tarixi: 2021-09-05