Beton və Metal konstruksiya üzrə layihəçi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

“Tekfen Mühendislik” şirkəti sənaye və yaşayış layihələri üçün dəmir beton və metal konstruksiya üzrə layihəçilər axtarır.

Metal konstruksiya sahəsi üzrə namizədlər üçün tələblər:
- Metal konstruksiya və Tekla modelləşdirməni mükəmməl bilməli
- Tekla Xsteel modelləşdirmədə ən az 2 il iş təcrübəsinə malik olmalı
- AutoCAD proqramında ən az 2 il iş təcrübəsinə malik olmalı
- Metal konstruksiya cizgilərini oxuyub başa düşməli
- Layihə cizgilərinə uyğun olaraq birləşmə növləri, detallar və s ilə tanış olmalı

İş haqqında məlumat
- Metal konstruksiyanın üç ölçülü (3D) Tekla modelini hazırlamaq
- İşçi cizgilər və ümumi yerləşmə cizgiləri hazırlamaq

Dəmir beton sahəsi üzrə namizədlər üçün tələblər:
- Dəmir beton layihələndirmə və detallarını mükəmməl bilməli
- Dəmir beton layihəçisi kimi ən az 2 il iş təcrübəsi olmalı
- AutoCAD proqramında ən az 2 il iş təcrübəsinə malik olmalı
- Dəmir beton cizgilərini oxuyub başa düşməli

İş haqqında məlumat
- Qəlib planları, armatur detalları və armatur əymə cədvəlləri hazırlamaq

E-mail: [email protected]
Son müraciət tarixi: 2021-09-03