Beynəlxalq daşıma üzrə menecer

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Ümumi vəzifə öhdəlikləri:
- Müştərilərdən beynəlxalq daşıma üzrə daxil olan müraciətləri cavablandırmaq;
- Yük sahiblərinin yükünün sifariş ünvanları üzrə əlverişli hərəkət marşurutlarını müəyyən etmək, təklif hazırlamaq;
- Daşıma təklifi üzrə yük sahibinin suallarını cavablandırmaq, razılaşmanı təmin etmək;
- Ekspeditor şirkətlərlə əməkdaşlıq yaratmaq, yük sahibinin daşıma sifarişlərinin icrasında ekspeditor xidmətlərin rolunu müəyyən etmək, onların effektivliyini qiymətləndirmək;
- Dövrü olaraq yük daşıması xidmətlərindən faydalanan müştəri bazasını, hərəkət marşurutlarını və daşımanın gəlirliyini qiymətləndirmək, optimallaşdırma imkanlarını müəyyən etmək;
- Ekspeditorların daşıma xidmətlərinin performansını qiymətləndirmək, əlverişli qiymət tədarük imkanlarını müəyyən etmək, ekspeditor loyallığını təmin etmək;
- Potensial və mövcud müştərilərin yük hərəkətini təhlil etmək, daşıma xidməti üzrə təkliflərlə müştəriyə çıxmaq;
- Daşıma hərəkətlərinin reyestrini yaratmaq, planlanan tarix üzrə icra vəziyyətini izləmək;
- Yüklərin sərhəd keçid məntəqələrindən giriş-çıxışını nəzarətdə saxlamaq;
- İrxal, ixrac və tranzit daşımaları üzrə əlverişli hərəkət marşurutlarını müəyyən etmək, daşımanı təmin etmək;
- Müştəri performansı üzrə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

Namizədə tələblər:
- Ali təhsil;
- Beynəlxalq daşıma sahəsində 5 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərini əla səviyyədə bilməli;
- Komputer bilikləri: Word, Excel, Power point, Outlook proqramlarını mükəmməl bilməli;

• Peşəkarlıq tələbləri:
- Heyəti idarəetmə bacarığı;
- Dəqiqlik və məhsullarla düzgün işləmə bacarığı;
- Müştərini dinləmək və inandırmaq bacarığı;
- Təqdimat bacarığı;
- Proses idarəçiliyi bacarığı;


Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Beynəlxalq daşıma üzrə menecer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini cv@absheronport.az elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 23 iyun 2021-ci il tarixidir.