Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Vəzifə öhdəlikləri:
- Beynəlxalq tərəfdaş sayılan ali təhsil müəssisələri ilə müqavilələrin hazırlanması;
- Beynəlxalq əməkdaşlıq üzrə tələbələr üçün yaradılmış imkanların genişləndirilməsi və idarə edilməsi; Əcnəbi vətəndaşlarla işlərin aparılması; Əcnəbi vətəndaşların Akademiyada təhsil almalarının təşkili;
- Xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulması;
- Beynəlxalq konfranslar, seminarlar və digər tədbirlərin təşkili;
- Xarici vətəndaşlarla iş, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması;
- Təhsil siyasətinin inkişafı naminə layihələrin hazırlanması və keçirilməsi;
- Gündəlik sənədləşmə işinin aparılması; mütəmadi olaraq müxtəlif sorğuların cavablandırılması;
- Akademiyanın beynəlxalq sərgilərdə, konfranslarda, yerli və xarici tədbirlərində təmsil olunması;
- Rəhbərliyin digər tapşırıqlarının icrası.

Namizədə tələblər:
- Aidiyyəti sahə üzrə ali magistr təhsili;
- Azərbaycan, ingilis və rus dillərin səlis bilmək və işgüzar yazışmalar aparmaq qabiliyyəti;
- Beynəlxalq əlaqələr sahəsində praktik iş təcrübəsi ən azı 3 il;
- MS Office (Word, Excel, PowerPoint) daxil olmaqla kompüter bacarıqları;
- Məxfilik daxil olmaqla mükəmməl şəxsiyyətlərarası, yazılı və şifahi ünsiyyət bacarıqları;
- Dəqiqlik, məsuliyyət, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək, güclü kommunikasiya qabiliyyəti və komandada işləmək bacarığı.

İş şərtləri:
- Həftə içi 5 gün : 09:00 – 18:00-dək , (nahar vaxtı saat 13:00-14:00).
- Əmək haqqı – müsahibə əsasında
- Ünvan: Bakı şəhəri, F.X.Xoyski pr.98


Qeyd olunmuş tələblərə cavab verən şəxslər CV formasını HR@sport.edu.az elektron ünvanına göndərərək “mövzu” xanasına vakant vəzifənin adını qeyd etməlidirlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 15.08.21