Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi

Şirkət haqqında
Əmək haqqı
450

İş haqqında

Vəzifə öhdəlikləri:
- Beynəlxalq tərəfdaş sayılan ali təhsil müəssisələri ilə müqavilələrin hazırlanması;
- Əcnəbi vətəndaşlarla işlərin aparılması; əcnəbi vətəndaşların Akademiyada təhsil almalarının təşkili;
- Beynəlxalq konfranslar, seminarlar və digər tədbirlərin təşkilində müvafiq vəzifələrin yerinə yetirilməsi;
- Təhsil siyasətinin inkişafı naminə layihələrin həyata keçirilməsində sənədlərin ilkin formalarının hazırlanması;
- Müxtəlif xarici ali təhsil müəssisələri ilə əlaqələrin qurulmasını təşkil etmək və əməkdaşlığı davam etdirmək;
- Gündəlik sənədləşmə işinin aparılması; mütəmadi olaraq müxtəlif sorğuların cavablandırılması;
- Akademiyanın yerli sərgilərdə, konfranslarda, yerli universitetlərin tədbirlərində təmsil olunması;
- Rəhbərliyin digər tapşırıqlarının icrası.

Namizədə tələblər:
- Aidiyyəti sahə üzrə ali bakalavr təhsili;
- Azərbaycan, ingilis və rus dillərini səlis bilmək, işgüzar yazışmalar aparmaq və güclü kommunikasiya qabiliyyəti;
- Beynəlxalq əlaqələr sahəsində praktik iş təcrübəsi ən azı 1 il;
- Dəqiqlik, məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- MS Office (Word, Excel, PowerPoint) və Adobe Acrobat bilikləri daxil olmaqla kompüter bacarıqları;

İş şərtləri:
- Həftə içi 5 gün : 09:00 – 18:00-dək , (nahar vaxtı saat 13:00-14:00).
- Əmək haqqı – 450 manat
- Ünvan: Bakı şəhəri, F.X.Xoyski pr.98

Qeyd olunmuş tələblərə cavab verən şəxslər CV formasını “HR@sport.edu.az” elektron ünvanına göndərərək “mövzu” xanasına vakant vəzifənin adını qeyd etməlidirlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 15.08.21