Beynəlxalq əlaqələr üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
450

İş haqqında

• Şöbənin kargüzarlıq və tərcümə işlərini yerinə yetirmək;
• ASK maraqları naminə xarici ölkələrdəki Biznesə Dəstək Təşkilatları (BDT) və digər qurumlarla əməkdaşlıq əlaqələrini yaratmaq və inkişaf etdirmək üçün araşdırma işində aktiv iştirak etmək;
• ASK-nın xarici ölkələrdəki rəsmi nümayəndələri şəbəkəsini genişləndirmək və bu nümayəndələr ilə koordinasiyanı və əməkdaşlıq əlaqələrini genişləndirilməsi prosesinə dəstək olmaq;
• ASK üzvlərinin biznes sahəsində bilik və bacarıqlarının, səriştələrinin artırılması məqsədilə onların həm ölkəmizdə, həm də xarici ölkələrdə təşkil edilən beynəlxalq təlimlərdə iştirakını təmin etmək prosesinə dəstək olmaq;
• Müvafiq beynəlxalq layihələr, seminarlar, konfranslar, treninqlər, sərgi, biznes forumlarda və s. tədbirlərdə ASK-nın üzv təşkilatlarının iştirakını təşviq və təmin etmək prosesində aktiv iştirak etmək;
• AR-da özəl sektorun beynəlxalq əlaqələri və biznesin inkişafına yönəlmiş beynəlxalq əhəmiyyətli layihə, proqram və digər məsələlərdə ASK adından iştirak etmək və konfederasiya üzvlərinə yeni xidmətlərin göstərilməsi prosesinə dəstək olmaq;
• AR-da fəaliyyət göstərən xarici diplomatik nümayəndəliklərin iqtisadi, sosial, konsulluq və humanitar məsələlərə cavabdeh personalı ilə ASK maraqları naminə əməkdaşlıq əlaqələri qurmaq və inkişaf etdirilməsi prosesində aktiv iştirak etmək;
• ASK üzvlərinə xarici ölkələrdə biznes tərəfdaşlarının tapılması, əlverişli investisiya layihələrinin əldə edilməsi, ixracatın genişləndirilməsi və bu istiqamətdə digər xidmətlərin göstərilməsinə dəstək olmaq prosesində aktiv iştirak etmək;
• “ASK Biznes Konsaltinq” MMC-yə (ASK-BK MMC) beynəlxalq əlaqələr və biznesin inkişafı məsələlərində əməli dəstək vermək;
• ASK maraqları naminə xarici ölkələrdəki özəl sektor nümayəndələrinin AR-da biznesinin qurulması və inkişafına dəstək vermək prosesində aktiv iştirak etmək;
• Şöbəyə daxil olan yazılı və ya şifahi sorğu və müraciətləri şöbə müdiri ilə məsləhətləşib icrasına çalışmaq;
• Şöbəyə daxil olan sənəd və ya elektron məktublar şöbə müdirinə bildirilib icrası üçün təlimatlar almaq və icra edilmiş işin nəticələrini arayışlar və ya yazılı sənəd formasında hazırlayıb qovluqlarda arxivləşdirmək;
• Şöbənin ümumi işinə dəstək olmaq.

Namizəd üçün irəli sürülən tələblər:

• Beynəlxalq əlaqələr üzrə ali təhsil;
• Ən azı 1 il iş təcrübəsi;
• Türk dilində yazı və səlis danışıq qabiliyyəti, rus və ingilis dili arzuolunandır;
• MS Office proqramlarında işləmə bacarığı;
• Güclü dinləmə və kommunikasiya qurmaq bacarığına malik olmalı;
• Komandada işləmək və idarəetmə bacarığı.

İş şərtləri:

• AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi
• İş vaxtı 09:00 – 18:00
• İş günü 5/2 (şənbə və bazar qeyri-iş günləridir)

Məlumatlandırıcı qeydlər:
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədəuyğundur;
• CV formasında əsas məlumatları lakonik və aydın qeyd edin.

Maraqlanan şəxslər CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində vəzifənin adı - “Beynəlxalq əlaqələr üzrə mütəxəssis” yazılmalıdır. Yalnız qeyd olunan tələblərə cavab verən CV-lərə baxılacaq.