Beynəlxalq maliyyə qurumları ilə iş üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Ümumi vəzifə öhdəlikləri:
- Beynəlxalq bank və qurumlar üçün hesabatların hazırlanması və təhlili;
- Gəlir və xərclər analizi və müxtəlif ssenarilərin hazırlanması;
- Müxtəlif təqdimat və sənədlərin tərcüməsi (İngilis və Azərbaycan dillərinə);
- İngilis dilində sənədlərin hazırlanması;
- Müxtəlif maliyyə qurumları üçün bankın fəaliyyəti haqqında təqdimatların hazırlanması;
- Potensial əməkdaşlıq üçün xarici və beynəlxalq maliyyə qurumları haqqında məlumatların toplanılması və əlaqələrin qurulması;
- Yeni tərəfdaşlarla KYC mərhələsinin keçirilməsi;
- Xarici və beynəlxalq maliyyə qurumlarından kredit xətlərinin cəlb edilməsində iştirak;
- Xarici konsultantlar ilə danışıqların aparılması, sənədlərin hazırlanması və ötürülməsi;
- Xarici və beynəlxalq maliyyə qurumlarının nümayəndələri ilə işgüzar görüşlərin təşkili.

Namizədə tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: bank sektorunda, beynəlxalq təşkilatlarda arzuolunandır;
- Azərbaycan və İngilis dili - əla (yazılı və şifahi), Rus dili yaxşı səviyyədə arzuolunandır;
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Məsuliyyətlik, operativlik;
- İdarəetmə və qərar qəbuletmə qabiliyyəti
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
- Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 03 iyul 2021-ci il tarixinədək email-in mövzu hissəsində Beynəlxalq maliyyə qurumları ilə iş üzrə mütəxəssis qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.