Birbaşa satışlar bölməsi üzrə Kiçik mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Öhdəliklər
- Bankla partnyor, qeyri-partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkili;
- Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması;
- Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi və Bankın filiallarına yönləndirilməsi;
- Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi;
- Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması və s.

Tələblər
- Ali təhsil;
- Məsuliyyətlilik;
- Operativlik;
- Qərar qəbuletmə bacarığı;
- Kollektivdə işləmə bacarığı;
- Müştərilərlə danışma qabiliyyəti;
- Microsoft Office proqramları üzrə biliklər.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr@kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Son müraciət tarixi: 2021-08-15