Birbaşa satışlar üzrə mütəxəssis/aparıcı mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:
- Sahə üzrə bazar analizi etmək;
- Nağd kreditlər, Əmək haqqı və Taksit kartlarının birbaşa satışı;
- Qoyulan satış hədəflərinin icrası;
- Məhsullarla bağlı təqdimatların hazırlanması və görüşlərdə təqdimatla çıxış etmək;
- Hesabatların hazırlanması;
- Rəhbərlik tərəfindən verilən digər sorğuları icra etmək.

Bizim üçün uyğun namizəd:
- Ali təhsilli;
- Müştərilər ilə üzbəüz işləmə bacarığı olan;
- Təqdimat bacarığı olan;
- Yaradıcı və innovativ;
- Satış bacarığı olan;
- Bank məhsullarının satışı üzrə təcrübəsi olan;
- Fərdi və komanda tərkibində işləməyi bacaran şəxsdir.
- Xarici dil bilklərinin olması üstünlükdür.

Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Birbaşa satışlar üzrə mütəxəssis” şəklində göstərilməsi xahiş olunur.
Son müraciət tarixi: 2021-04-15