Bitki baxıcısı

Şirkət haqqında
Əmək haqqı
425

İş haqqında

Hal-hazırda Sumqayıt, Zirə və Kürdəxanı İstixana komplekslərinə Bitki baxıcıları (xanım namizədlər) tələb olunur
Vakansiya haqqında
İş yeri: Sumqayıt, Stansiya Sumqayıt, İstixana Kompleksi
İş yeri: Zirə qəsəbəsi, İstixana Kompleksi
İş yeri: Kürdəxanı qəsəbəsi, İstixana Kompleksi
İş saatı : Həftədə 6 gün həftəlik 40 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: 425 azn

Vəzifə öhdəlikləri
• Aqronomun və briqadirin nəzarəti altında istixana daxilində bitkilərə qulluq edir;
• İstixana daxilində bitkilərdə yarana biləcək və ya baş vermiş xəstəliklərlə bağlı dərhal briqadirə, və ya aqronoma məlumat verir;
• İstixana ərazisində bitkiyə qulluq (Yarpaq dolama, budama, salxıma dəstək, yatırma, yığım) işlərini yerinə yetirir;
• Əkin sahəsində rastlaşdığı gündəlik problemlərin həllində köməklik göstərməlidir;
• Bitkiçilik sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarının yerinə yetirilməsinə əməl edir;

Təhsil və iş təcrübəsi
• Orta təhsil
• Minimum 3 ay analoji sahə üzrə təcrübə üstünlük hesab olunur.

Bacarıq və səriştələr
• Komandada işləmək bacarığı;
• Məsuliyyətlilik.

Təminatlar:
Nəqliyyat və nahar ilə təmin edilir.

Bilməlidir
• Bitkiyə qulluq qaydalarını;
• Alətlər ilə işləməli, yarpaq kəsimi metodunu bilməli, bitkilərin becərmə texnologiyasını və bitki mühafizəsini qoruması qaydalarını;
• Əməyin mühafizəsinin, texniki təhlükəsizliyinin, istehsalat sanitariyasının, mülki müdafiənin norma və qaydalarını, qəza halları zamanı fəaliyyətlərini.

Müraciət qaydası
Zəhmət olmasa CV-lərinizi [email protected] e-mail adresinə göndərin.
CV-ləri göndərərkən başlıq yerinə “Bitki baxıcısı (Sumqayıt)”, “Bitki baxıcısı (Zirə)”, “Bitki baxıcısı (Kürdəxanı)” qeyd etməyi unutmayın.