Bizim Diyar MMC

Şirkət haqqında
Əmək haqqı
400-500

İş haqqında

“Bizim Diyar” MMC tərəfindən sahibkarlıqla bağlı həyata keçirilən layihəyə Zaqatala-Balakən bölgələrindən birində yaşayan və aşağıda qeyd edilən bacarıqlara sahib olan “Koordinator” vəzifəsinə əməkdaş qəbulu elan edir.

Namizədə olan tələblər:

• Ali təhsil (iqtisadiyyat, biznesin idarə edilməsi, maliyyə və s. istiqamətlər üzrə)
• İdarəetmə sahəsində 1 ildən az olmayan təcrübə. (sahibkarlığa aid layihələrdə işləyən şəxslərə üstünlük veriləcək)
• Yüksək səviyyədə Azərbaycan dili biliyi. (xarici dil biliyi olanlara üstünlük veriləcək)
• Microsoft Office proqramlarında işləmək bacarığı;
• Nizam-intizamlı, ünsiyyət qurmaq və problemlərin həllinə adekvat yanaşma bacarığı;
• Mühitə tez uyğunlaşan, komandada işləmə qabiliyyəti, dəqiq, məsuliyyətli olmalıdır;
Vəzifə öhdəlikləri:
• Şamaxı və İsmayıllıda sahibkarlarla işin təşkili;
• Əsas ofisi Şamaxıda yerləşməklə fəaliyyətin idarə olunmasının təmin edilməsi;
• Fəaliyyət zamanı sahibkarlarla baş ofis arasında (Bakı) əlaqənin yaradılması;
• Fəaliyyət zamanı sahibkarların problemlərinin həll edilməsi, onların düzgün şəkildə istiqamətləndirilməsi;
• Təlimlərin, məsləhət xidmətlərinin və digər fəaliyyətlərin təşkil edilməsi;
• Təlimlərin, məsləhət xidmətlərinin və digər fəaliyyətlərin monitorinqini aparmaq və onları nəzarətdə saxlamaq;
• Həyata keçirilmiş fəaliyyətlərlə bağlı həftəlik və aylıq hesabatları tərtib etmək və baş ofisə təqdim etmək;
• Baş ofis tərəfindən verilən tapşırıqların vaxtında və tam icra edilməsi.
• Müxtəlif fəaliyyətlərin başa çatmasına dəstək olmaq və sahibkarların tələbələrini qarşılamaq məqsədilə məsul şəxslər arasında qarşılıqlı əlaqə qurmaq

Zəhmət olmasa, CV-nizi mövzu yerində “Koordinator” vəzifəsini qeyd etməklə, infobizimdiyar@gmail.com elektron poçtuna göndərin.
“Bizim Diyar” MMC ölkədə müxtəlif və aparıcı layihələrin, təlimlərin, tədbirlərin təşkilatçılığını həyata keçirmiş şirkətdir.