Biznes analitik

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- Şirkət və brendlər üzrə məhsullar və biznes vahidləri üçün fəaliyyətin qiymətləndiriməsi ilə bağlı dövri təhlillərin aparılması və müvafiq hesabatların hazırlanması;
- Mal qalıqları və dövriyyələrinin təhlili, o cümlədən effektiv idarə olunmasına dair tövsiyyələrin verilməsi;
- Onlayn and offlayn satış kanalları üzrə müştəri atkivliyinin təhlili və çarpaz aktivliyin qiymətləndirilməsi;
- İT proqram təminatı vendoru ilə əlaqəli şəkildə şirkətdaxil proseslərin 1C proqram təminatı üzərindən dəstəklənməsi (marketing kampaniyalarının konfiqurasiyası, nomeklaturun yüklənməsi, mal alışlarının işlənilməsi, inventarizasiya proseslərinin dəstəklənməsi və s. proseslərin təminatı)
- İT helpdesk üzrə müqavilə əsasında dəstək göstərən şirkətin işinə nəzarət;
- Şirkətin digər bölmələri və əməkdaşları ilə koordinasiyalı şəkildə işləmək.

Tələblər:
- Kibernetika, riyaziyyat, iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və ya analitik sahə üzrə ali təhsil. Kibernetika və riyaziyyat yönümlü təhsili olanlara üstünlük veriləcək;
- 1C proqramında işləmə bacarığı. 1C «Parakəndə Ticarət», «Тicarətin İdarəolunması» üzrə bilikləri olanlara üstünlük veriləcəkdir;
- Verilənlərin (data) analitikası və hesabatlılıq üzrə iş təcrübəsi;
- Yüksək səviyyədə spreadsheet proqram (excel, google sheets və s.) bilikləri;
- Sql baza bilikləri (başlanğıc səviyyə);
- Quruculuq işlərində həvəsli;
- Pərakəndə sektorunda iş təcrübəsi üstünlükdür.

İş qrafiki: 5 gün, 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və təcrübəsi, o cümlədən bazar qiymətlərinə uyğun şəkildə qarşılıqlı razılaşdırılacaqdır.

Müraciət üçün:
Maraqlanan namizədlərdən mövzu sətrində “Biznes analitik” qeyd etməklə cv@ineo.az ünvanına CV göndərmələri tələb olunur.

Müraciət üçün son tarix: 2021-10-10