Biznes Analitik

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə Öhdəlikləri :
- Yeni istehsalçıların müəyyən edilməsi, mütəmadi daxili və xarici bazarın monitorinqinin həyata keçirilməsi;
- Rəqiblərin qiymət və marketinq təkliflərinin müəyyən olunması;
- Marketinq və biznesin inkişafı istiqamətində yeni və mövcud məhsul və xidmətlərlə bağlı təhlillər aparılması;
- Məhsul və xidmətlər üzrə satış və müştəri məlumatlarının toplanması və təhlili;
- Şirkətin rəhbərliyinə, habelə digər struktur bölmələrə aylıq, rüblük və. s. hesabatların daxili qaydalarla razılaşdırılmış müddətdə təqdim edilməsi;
- Məhsul kateqoriyasının müəyyən edilməsi;
- Proqnozlaşdırma prossesində iştirak edilməsi, büdcə və layihə üzrə hesabatların aparılması;
- Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi;
- Biznes tələblərinə görə analitik hesabatların hazırlanması;

Namizədə Tələblər :
- Ali təhsil (İT idarəetmə, İnformasiya Sistemləri, Tətbiqi Riyaziyyat, İqtisadi Kibernetika və oxşar sahələrdə ali təhsili olan namizədlərə üstünlük verilir);
- İT sahəsində biznes analitik və ya sistem analitiki vəzifəsində ən azı 2 il iş təcrübəsi;
- Sistem Tələblərinin Spesifikasiyası (Analiz sənədi) və digər sənədlərin hazırlanmasında iş təcrübəsi;
- Analitik düşüncə tərzi, komandada işləmə və ünsiyyət qurma bacarığı.
- Kompüter biliyi: yüksək səviyyədə MS Office bilikləri, SQL;
- Mailliyyə bilikləri

Şirkət təklif edir:
İş yeri: Sədərək ticarət mərkəzi;
Əmək haqqı – namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq;
Rəsmi qeydiyyat;

Qeyd: Namizədlərdən mövzu hissəsində “Biznes Analitik” vakansiya adını göstərməklə öz cv-lərini hr@supertoys.az elektron poçt ünvanına göndərmələrini xahiş edirik. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət ediləcəklər.

Son müraciət tarixi : 2021-03-18