Biznes kreditlərinin monitorinq şöbəsində mütəxəssis/aparıcı /baş mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

- Korporativ və SME kreditlərin planlı və növbədənkənar monitorinqlərini həyata keçirmək;
- Korporativ və SME kredit portfelinin analizi və risklərin ölçmək;
- Kreditləşmənin Bankın müvafiq qayda və prosedurlarına uyğun həyata keçirilməsinə nəzarət etmək;
- Kredit üzrə ödənişləri təhlükə altına ala biləcək mümkün riskləri öncədən müəyyən etmək məqsədi ilə borcalanların ödəmə qabiliyyətini təhlil etmək;
- Borcalanlar tərəfindən kreditlərin təyinatına uyğun olaraq istifadə etməsinə nəzarət etmək;
- Monitorinq zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək;
- Kredit portfelinin keyfiyyətinə nəzarət etmək;
- Monitorinq məqsədilə müştərilərin biznes ünvanlarına səfərləri həyata keçirmək və s.

Tələblər:
- İqtisadiyyat, maliyyə, biznes idarəçiliyi üzrə ali təhsil və bank sahəsində minumum 1 illik iş təcrübəsi; və ya digər ixtisaslar üzrə ali təhsil və bank sahəsində minumum 3 illik iş təcrübəsi;
- Yüksək yazılı nitq bacarığı, analitik qabiliyyət və riyazi düşüncə;
- Təşəbbüskarlıq, innovativ, məsuliyyətlilik və dəqiqlik kimi keyfiyyətlərə sahiblik;
- Ofis proqlamları və bank əməliyyat sistemlərilə işləmə bacarığı;
- Əla səviyyədə Azərbaycan dili biliyi, Rus və İngilis dili biliyi arzuolunandır;
- Stressə davamlılıq, komandada və regionlara ezam olunaraq işləmə bacarığı;
- Erkən xəbərdarlıq siqnalları olduqda riskin azaldılması məqsədilə tədbirlərin görülməsi və planların hazırlanması;
- Daxili audit, monitorinq, anderraytinq, risk, daxili nəzarət sahələrində çalışmış namizədlərə üstünlük verilir.

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Son müraciət tarixi: 2022.06.27