Biznes proseslərin sənədləşdirilməsi üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəliklərinin təsviri:
- Mövcud biznes proseslərin identifikasiyası, iş axınlarının sxematik təsvirlərinin yaradılması və onların sənədləşdirilməsi
- Biznes proseslərin xəritəsinin hazırlanması
- Biznes proseslərin təhlili və onların təkmilləşdirilməsi üzrə təkliflərin formalaşdırılması
- Şirkət daxili prosedurların, təlimatların və iş axınını tənzimləyən digər normativ sənədlərin hazırlanması
- Yeni biznes proseslər üzrə iş axınının qurulması
- Biznes proseslərin avtomatlaşdırılması imkanlarının araşdırılması

Namizədə tələblər:
- Ali təhsil (iqtisadi, maliyyə, hüquqi və ya riyazi sahədə ali təhsilə üstünlük veriləcək)
- Vəzifə öhdəliklərində qeyd edilmiş funksiyaların icrası üzrə minimum 2 il iş təcrübəsi (maliyyə və ya audit sektoru üzrə təcrübəyə üstünlük veriləcək)
- MS Visio və ofis proqramlarında sərbəst işləmək bacarığı
- Analitik/sistemli düşünmə və səlis ünsiyyət vərdişləri
- Səlis Azərbaycan dili biliyi (İngilis və Rus dili biliyi olanlara üstünlük veriləcək)

CV-lərinizi info@unicapital.az ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 2021-10-02