Biznesin inkişafı üzrə menecer

Şirkət haqqında
Əmək haqqı
2000

İş haqqında

Vəzifə öhdəlikləri:
- Şirkətin profili üzrə - sınaq, inspeksiya, kefiyyətə nəzarət, labarator xidmətləri – müəyyən texniki biliyə sahib olmaq və biliklərin mütəmadi inkişafı
- Şirkətin ümumi satışlarının ölçüləbilən şəkildə artırılması
- Davam edən işlərin həcminin artırılması və yeni işlərin cəlb olunması
- Şirkətin inkişafı üçün yeni ideyaların verilməsi
- Şirkətin profili üzrə bazar araşdırmasının aparılması
- Şirkətin profili üzrə respublikadaxili ve beynəlxalq tenderlərin izlənməsi;
- Tender şərtlərinin hüquqi cəhətdən araşdırılması və qiymətləndirilməsi;
- Tender təkliflərinin hazırlanmasının təşkili;
- Tender təkliflərinin və digər hüquqi sənədlərin tərcüməsi (azərbaycan dilindən ingilis dilinə və tərsinə, azərbaycan dilindən rus dilinə və tərsinə, rus dilindən ingilis dilinə və tərsinə);
- Müştəriyə göndərilmiş təkliflərin sıx şəkildə izləniməsi və həyata keçməsi üçün tələb olunan addımların vaxtında atılmasının təşkili;
- Respublikadaxili va xarici bines partnyorlarla yazışmaların aparılması ve biznes əlaqələrin yaradılması;
- Digər struktur bölmələri ilə qarşılıqlı işi təşkili.
- Reklam və marketinq işlərinə nəzarət
- Rəsmi orqanlara təqdim etmək üçün yeni prosedurun qeydiyyatı / təkrar qeydiyyat / məhsulların dəyişikliklərin qeydiyyatı üçün sənədlərin yoxlanılması və hazırlanması; Qeydiyyat prosesində zəruri normativ sənədlərin alınması, sorğuların vaxtı-vaxtında istıqamətləndirilməsi və cavablandırılması;
- Müxtəlif sərgilərdə, konfranslarda iştirak üçün prezentasiyaların, gündəliyin və digər sənədlərin hazırlanması;
- Vaxtaşırı olaraq şirkətin məhsulları, göstərdiyi xidmətlər haqqında potensial müştərilərə təkliflərin göndərilməsi;
- Azərbaycanda və xarici ölkələrdə keçirilən müxtəlif biznes tədbirlərdə iştirak etmək və şirkəti təmsil etmək;
- Şirkətin əlaqələrini genişləndirmək məqsədilə yerli və xarici tərəfdaşlarla görüşlərin keçirilməsi və danışıqların aparılması;
- Müxtəlif təşviq xarakterli məlumatların hazırlanmasında iştirak

Tələblər:
- Ali təhsil
- Sənaye layihələrində ən azı 5 (beş) il iş təcrübəsi
- Ofis proqramlarında sərbəst iş bacarığı;
- Dil bilikləri (rus, ingilis dili) əla səviyyədə
- Yüksək səviyyədə ünsiyyət qurabilmə qabiliyyətinə malik olmalı
- İşgüzar və məsuliyyətli olmalı;

Bilməli:
- İSO 9001:2008, İSO 14001:2015, OHSAS 18001:2007
- Hazırki vəzifə təlimatını, iş prosesinə aid prosedurları, qayda və təlimatları
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını
- Fövqəladə hallar zamanı davranış qaydalarını
- Keyfiyyət İdarəetmə sistemi haqqında

Şərtlər:
- Əmək haqqı 2.000 azn və ya daha yüksək (namizədlə görüş zamanı müəyyənləşdiriləcək.)
- İş saatı: 09:00-dan 18:00-dək (5 günlük iş rejimi)
-Şirkət tərəfindən naharla təmin ediləcək

Əlavə məlumat :
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Biznesin inkişafı üzrə menecer” yazaraq support@ces.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Son müraciət tarixi: 2021-05-26