Biznesin İnkişafı üzrə Mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifənin rolu:
Biznesin İnkişafı üzrə Mütəxəssisin rolu, müqavilə danışıqları, şərtlər müzakirələri, təchizatçılara nəzarət və s. daxil olmaqla, əlaqələrin qurulmasından işin tamamlanmasına qədər layihələri həyata keçirməkdir.

Vəzifə öhdəlikləri:
- Mümkün olan bütün vasitələrdən istifadə edərək işgüzar ünsiyyət qurur
- Mənfəət və zərər proqnozu, bazar araşdırması, müxtəlif təqdimatlar aparır
- Tenderlər, iş görüşləri, danışıqlar aparır
- Layihə tədarükçüləri və iştirakçılarını koordinasiya edir
- Müqavilə imzalanana qədər əlaqəli mövzularda biznes əməliyyatları heyəti və hüquqşunaslar arasında danışıqları koordinasiya edir
- Layihə tələblərini və cədvəlini yerinə yetirmələri üçün layihələrə nəzarət edir və müxtəlif layihə iştirakçıları arasında koordinasiyanı təşkil edir

Əsas tələblər:
Təhsil:
Biznes sahəsində ali təhsil

Təcrübə:
Biznesin inkişafı sahəsində minimum 1 il təcrübə

Professional Biliklər:
- Maliyyə üzrə baza bilikləri
- Marketinq üzrə baza bilikləri
- Müqavilə hüququ üzrə baza bilikləri
- Layihənin idarəolunması
- Səlis İngilis və Rus dili biliyi
- MS Office Proqramları

Professional Bacarıqlar və Kompetensiyalar:
- İşgüzar ünsiyyət
- Danışıq bacarıqları
- Zamanın idarə edilməsi
- Təqdimat bacarıqları
- Tədqiqat bacarıqları
- Analitik düşüncə
- Nəticə yönümlülük
- Proaktiv düşüncə
- Problem həll etmə

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Biznesin İnkişafı üzrə Mütəxəssis” qeyd edərək göndərə bilərlər.
Son müraciət tarixi: 2021.12.17