Bölgə müdiri

Şirkət haqqında
Əmək haqqı
800

İş haqqında

Vəzifə öhdəlikləri
- Satış metodikalarının işlənib hazırlanmasında iştirak edir.
- Müştərilərlə iş metodlarının yeni formalarının hazırlanmasında və tətbiq olunmasında, əvvəlki iş metodlarının təkmilləşdirilməsində fəal iştirak edir.
- Məhsul satışı üzrə fəaliyyətləri əlaqələndirir, satışa nəzarət edir.
- Satış nümayəndələri arasında ərazi bölgülərini apraır.
- Rəhbərlik etdiyi satış komandasına “AEV” MMC – nin satış hədəflərinə müvafiq olaraq, yerinə yetiriləbilən, dəqiq hədəflər qoyur.
- Satış təmsilçilərinin və merçendazyerlərə verilən tapşırıqların icrasına nəzarət edir.
- Şəbəkə və xüsusi müştərilərilərlə olan faəliyyətə xüsusi nəzarət edir.
- Müştərilərin ödəmə qabiliyyətindəki dəyişikliyi izləyir, borc üzrə statusları diqqətdə saxlayır.
- Müştərilərdən daxil olan şikayətlərə baxır, lazım gəldikdə danışıqlarda iştirak edir.
- Debitor borcları təhlil edir, nəzarət edir.
- Debitor borcları azalatmaq üçün tədbirlər hazırlayır və həyata keçirir.
- Debitor borcların qaytarılmasına birbaşa nəzarət edir.
- Baş verən bütün dəyişikliklər barədə satış komandasına məlumat verir, verilən tapşırıqların yerinə yetirilməsinə nəzarət edir, distribyutorların və sub-distribyutorların qiymət və təşviq sahəsindəki siyasətinə riayət etməsini təmin edir.
- Ticarət nümayəndələrinə satış texnologiyası, danışıq üsulları, sövdələşmə üsullarını öyrədir.
- Hər həftə ticarət nümayəndələri ilə əraziyə çıxır, bir başa iş zamanı vəziyyəti təhlil edərkən ticarət nümayəndələrini yerində təlimləndirir.
- Aylıq, həftəlik, rüblük satış hesabatları hazırlayır, rəhbərliyə təqdim edir.
- Hər bir işçi üçün motivasiya istiqamətini müəyyənləşdirir.
- Ticarət nümayəndələrinin hər birinə gündəlik dəqiq tapşırıqlar verir, verilən tapşırıqların icrasına nəzarət edir, təqib edir.

Tələləb olunan bilik və səriştələr
- Malların satışını stimullaşdırmaq üçün işlərin təşkilinin əsasları.
- Ticarət alətlərindən istifadə xüsusiyyətləri və prinsipləri.
- Reklam növləri və reklam fəaliyyətinin təşkili əsasları.
- Pərakəndə məkanın təşkili və pərakəndə məkandan səmərəli istifadə prinsipləri.
- Ticarət meydançasında malların nümayişinin effektivliyini qiymətləndirmə metodları.
- Təklif olunan malların əsas keyfiyyəti və istehlak xüsusiyyətləri.
- Malların cari qiymətləri.
- Satış sahəsindəki müştəri davranışının modelləri.

Namizədə tələblər
- Müvafiq sahədə təcrübə: 3-5 il
- Təhsil: Ali təhsil
- Dil bilikləri: Azərbaycan, Rus dili arzuolunandır
- Yaş həddi: 25-40
- Ofis proqramları ,1C
- Şəxsi Avtomobil ( nəqliyyat xərcləri şirkət tərəfindən qarşılanır)

İş şərtləri
- 6 günlük iş həftəsi
- İş saatı 9:00 –dan 18:00 -dək
- İstirahət günü Bazar günüdür
- Əmək haqqı 800 AZN əmək haqqı

Namizədlər CV –ni hr@aev.az elektron ünvanının mövzu bölməsində “ Bölgə müdiri ( Gəncə) ” qeyd etməklə müraciət edə bilərlər.
Son müraciət tarixi: 2021-07-01