Bölgə Müdiri

Şirkət haqqında
Əmək haqqı
1000-1500

İş haqqında

Namizədə tələblər:
- Ali təhsil
- 3-5 il həmin vəzifədə iş təcrübəsi
- Ərazi biliyi
- İdarəetmə qabiliyyəti
- MS Office Proqramları biliyi

Ümumi müddəalar
- Tabeliyində olan satış nümayəndələrinin və ekspeditorların (tabeliyinə verilmiş və s. şəxslərin) fəaliyyətinə rəhbərlik etmək
- Bölgə müdiri vəzifəsinə təyin olunması və azad olunması müəssisənin rəhbərinin əmri ilə həyata keçirilir.
- Bölgə müdiri bilavasitə satış menecerinə tabedir.
- Bölgə müdiri vəzifəsinə ali iqtisadi-texniki təhsilli və müvafiq sahədə ən az 3 il iş təcrübəsi olan şəxs təyin edilir.
- Bölgə müdiri olmadıqda onun vəzifəsinin icrası digər Bölgə müdirinə həvalə olunur.

Vəzifələri:
- Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmalıdır.
- Əmək və nizam-intizam qaydalarına riayət etməlidir
- Bölgə müdiri işlədiyi zonada ticarət nöqtələrinə idarəçiliyində olan qüvvə və vasitələrlə (maşın, satış təmsilçisi) verilən məhsulun optimal şəkildə yerləşdirilməsi işini idarə edən, həmin zonada fəaliyyət göstərən məsul şəxsdir.
- Bölgə müdiri zonasındakı potensial nöqtə sayını, aktiv nöqtə sayını və aktiv nöqtələrin kateqoriyaya görə təsnifat sayını, tabeliyində olan satış təmsilçiləri tərəfindən edilən effektiv vizit sayını bilməlidir.
- Bölgə müdiri tabeliyində olan sürücü-ekspeditorların vəzifə təlimatlarını, onların vəzifə funksiyalarını bilməlidir.
- Aktiv müştəri bazasının artırılmasını və potensial korporativ müştərilərin axtarışını həyata keçirməlidir. Müştərilərlə- satış nöqtələrilə sağlam əməkdaşlıq yaratmalı, Şirkəti yüksək səviyyədə təmsil etməlidir. İşlənilməyən marketlərin işlənməmə səbəblərini araşdırıb məruzə etməlidir. Yeni məhsulların tanıdılmasını təmin etməlidir.
- Bölgə müdiri ticarət nöqtələri ilə müqavilələrin bağlanmasını və şirkətin baş mühasibinə təhvil verilməsini təmin edir,
- Bölgə müdiri verilən satış, distribyusiya hədəflərini realizə etməkdən başqa işçilərinin kəsirlərinin yaranmaması üçün lazımi tədbirləri görmək və bunları həyata kecirməyə görə qismən maddi-məsul şəxs kimi (yəni işində olan ciddi nöqsanlara, vəzifə borcunun icra edilməməsi səbəbilə töhmət, əmək haqqını tutulması, cərimə kimi) məsuliyyət daşıyır. Zonasının aylıq konsiqnasiya borc miqdarını, bu miqdarın artıb-azaldığını təqib etməli və uzun müddət ödəniş etməyən müştərilərin barəsində zəruri tədbirlərin görülməsini (rəhbərliyə, Audit departamentinə vaxtında bildirməklə) lazımi tədbirləri görməlidir.
- Tabeliyində olan satış təmsilçilərinin bütün fəaliyyətlərinə, distribyusiyaya, ticarət nöqtələrinə baş çəkmələrin (vizitlərin) effektivliyinə, rut qrafikinə əməl olunmasına, aksiyaların keçirilməsi zamanı müəyyən edilmiş qaydalara riayət edilməsinə və bununla bağlı hesabatların düzgün tərtib edilməsinə, konsiqna borcuna və vaxtı gecmis borclarin yığılmasına, ticarət nöqtələrinə verilmiş soyuducuların mövcudluğunu və təyinatı üzrə düzgün istifadə edilməsinə məsuliyyət daşıyır.
- Bölgə müdiri tabeliyində olan satış təmsilçiləri, sürücü-ekspeditorlar tərəfindən onun (Bölgə müdirin ) göstərişlərini vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarəti həyata keçirir.
- Hər ayın sonuna təmsilçinin debitor borcunun şəbəkə və pərakəndəyə aid hissəsini təqdim etməli, marketlərin debitor borclarını və bort qalığını nəzarətdə saxlamalı, ödənişlərin nəğd və köçürmə hissəsinin hesabatını verməlidir. Ərazidən gələcək pulun miqdarını planlaşdırmalı, parallel tələb və yığım üçün Audit Departamentinə təqdim etməlidir.
- Ərazidə kəsir və ya şübhəli debitor yarandıqda araşdırmalı, üst Rəhbərliyə və Audit Departamentinə dərhal rəsmi müraciət etməli və kəsirin səbəblərini izahlı şəkildə bildirməlidir. Təhvil-təslim işlərində iştirak etməli, bu məlumatları təqdim və təsdiq etməlidir. Satış təmsilçisinin şəbəkələrdə olan debitorunun düzgünlüyünə cavabdehlik daşıyır.
- Satıcı maraqlarını təsdiq olunmuş büdcədən yaratmalı, nəzarət etməli və bu dükanlarda əldə edilmiş nəaliyyət - satış və iadə nəticələri hazırlamalıdır.
- Rəqiblərin satışa təsirini öyrənməli, satışın artımı, müştəri məmnuniyyəti üçün mütəmadi təkliflərini bildirməlidir. Satış azaldığı təqdirdə təqdirdə bazarı və ərazini araşdırıb enmə səbəblərini təhlil etməlidir.
- Şirkətin satış planının hazırlamasında bölgə menecerlərinin iştirakı vacibdir.
- Şəbəkə marketlərə kurator təyin edilmiş Bölgə müdirləri şəbəkə borcunu hər ay üzləşdirməli, debitor borcundan, ticari şərtlərindən xəbərdar olmalı, ödənişləri tələb və təqib etməli, ödənişlərin bölgüsünü verməlidir. Ödənişlə bağlı problem yarandığında Rəhbərliyə, Maliyyə departamentinə xəbər verməlidir. Etdiyi ödəniş bölgüsünə cavabdehlik daşıyır.
- Şəbəkə kuratorları şəbəkələrə e-Qaimələrin yazılması üçün qaimələri mühasibatlığa təqdim edir.
- Rüblük debitor borclar üzləşdirilməsini aparmalı və təsdiq etməlidir.
- Ərazilərdə çalışan ekspeditorların xarici görünüşü, davranışı, şəbəkə müdiriyyəti işçiləri ilə münasibətlərinə nəzarət, məhsulların düzgün təqdim edilməsinə, ekspeditorların vaxtında öz ərazilərində olmasına nəzarət, marketləri məhsullarla tam təmin edilməsinə nəzarət etmək.
- Tabeçiliyində olan satış təmsilçilərinin və sürücülərin mütamadi təlimatlandırılması
- Məhsulların ticarət şəbəkələrinə sanitar qaydalara və Azerbaycan Respublikasının qanunvericiliyi tələblərinə uyğun olaraq saxlanılması, çatdırılmasına və təhvil təsliminə nəzarət.

Məsuliyyəti
- Bölgə müdiri bu Vəzifə Təlimatına müvafiq üzərinə düşən vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə görə
- Tabeliyində olan işçilərin öz vəzifə funksiyalarının dəqiq yerinə yetirilməsinə görə
- Ona verilmiş ərazidə məhsulların distribyusiyasının, satış və ödəniş planlarının yerinə yetirilməsinə, ödənişlərin yığılaraq həmin gün xəzinəyə ödənilməsinə görə
- Bölgə müdirinin təqsiri üzündən Şirkətə vurulan maddi və mənəvi ziyana görə o, müəyyən olunmuş qaydada Şirkət qarşısında məsuliyyət daşıyır.
- Bölgə müdiri verilən satış, distribyusiya hədəflərini realizə etməkdən başqa işçilərinin kəsirlərinin yaranmaması üçün lazımi tədbirləri görmək və bunları həyata kecirməyə görə maddi-məsul şəxs kimi məsuliyyət daşıyır. Zonasının aylıq konsiqnasiya borc miqdarını, bu miqdarın artıb-azaldığını təqib etməli və uzun müddət ödəniş etməyən müştərilərin barəsində zəruri tədbirlərin görülməsini (rəhbərliyə, o cümlədən hüquq şöbəsinə məlumat vermək və s.) lazımi tədbirləri görməlidir.

“Zəhmət Ruzi” MMC -nin mənafeyinin qorunmamasına, məxfi məlumatın və sənədlərin üçüncü şəxslərə verilməsinə görə məsuliyyət daşıyır.

İş şəraiti:
- Ofis Xırdalanda yerləşir
- 5 günlük iş həftəsi (6-cı gün iş vaxtı 09:00-14:00)
- İş vaxtı: 09:00 - 17:00
- Əmək haqqı: fix 1000-1500 AZN+ əmək haqqına yüksək məbləğli bonus (iş təcrübəsindən asılı olaraq müsahibə zamanı müəyyən ediləcək)
- Əmək Məcəlləsinə uyğun işə qəbul

Maraqlanan şəxslərdən, mövzu yerində “Bölgə Müdiri” qeyd etməklə CV-lərini sevda.q@sab.az və orxan.a@sab.az
e-mail ünvanına 2021-07-17 tarixinədək göndərmələri xahiş olunur.