Böyük Alıcı

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Yerləşmə- Baş Ofis
Vəzifə- Böyük Alıcı
Departament- Kommersiya şöbəsi

Vəzifə öhdəlikləri
- İstehsalçı və distribyutorlarla kommersiya danışıqlarının aparılması;
- Məhsul portfeli ilə bağlı analitik hesabatların hazırlanması;
- Təqdim edilmiş marketinq planına əsasən təchizatçı şirkətlərlə rüblük və illik tədbirlərin planlanması və həyata keçirilməsi;
- Yeni məhsullar və məhsul qrupları barədə qərarların icrasının həyata keçirilməsi;
- Təchizatçıların hesab-fakturalarının məqbulluğunun təsdiq edilməsi;
- Yüksək keyfiyyətli və etibarlı icraatın əldə edilməsiylə uzlaşan, ən əlverişli şərtlərin təmin edilməsi məqsədiylə təchizatçılarla böyük tədarük müqavilələri üzrə danışıqların aparılması;
- Məsul olduğu məhsul qrupun günlük satış və qazanc performansının izlənilməsi və lazımi tədbirlərin icra edilməsi;
- Marketinq planına əsasən təqdim edilmiş məhsul təkliflərinin mağazalar daxilində sərgilənməsinə nəzarət etmək;
- Rəqib şirkətlərin fəaliyyətinin izlənməsi və situasiyaya uyğun adekvat tədbirlərin təşkil edilməsi;
- Qiymət dəyişikliklərinin planlanması və həyata keçirilməsi;
- Görülən işlər və planlanan fəaliyyət barədə Kateqoriya üzrə menecerə həftəlik təqdimatın edilməsi.

Vəzifə üzrə tələblər
- Ali iqtisadi təhsil;
- Pərakəndə ticarət sektorunda iş təcrübəsi (minimum 3 il);
- İngilis və Rus dilləri üzrə orta səviyyədə biliklər;
- Yaxşı inkişaf etmiş ünsiyyət bacarıqları və müştəri yönümlülük;
- Analitik düşünmə qabiliyyəti;
- Hesabatların hazırlanması və təqdim edilməsi bacarığı.

Qeyd
Maraqlanan namizədlər [email protected] email ünvanına "Böyük Alıcı" başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

Son müraciət tarixi: 2021-08-22