Böyük məişət texnikası üzrə kateqoriya meneceri

Şirkət haqqında
Əmək haqqı
1000-1500

İş haqqında

Öhdəliklər;
- Öhdəliyində olan məhsul kateqoriyalarının (Böyük məişət texnikası üzrə) inkişaf strategiyasının yazılması
- İstehlakçıların tələblərinə uyğun olaraq daim lazımı məhsul kateqoriyaları ilə şirkəti təmin etmək
- Məhsul kateqoriyasının strategiyasına uyğun təyin edilmiş hədəflər istiqamətində daim çalışmaq
- Tabeçiliyində olan məhsul kateqoriyalarının qısamüddətli və uzunmüddətli inkişaf planlarını hazırlamaq
- Rəqabətcil bazarda daim tələb təklifə uyğun məhsulların aktuallığını qorumaq
- Daha yaxşı qiymət və keyfiyyətə nail olmaq üçün mütəmadi təkliflərin hazırlanması
- Tabeçiliyində olan məhsulların bazar payının artırılması üçün aidiyyatı departamentlərlə birlikdə kordinasiyalı şəkildə yeni proyektlər üzərində çalışmaq
- Yeni satış imkanlarının daim araşdırılması və satış strategiyalarının inkişaf etdirilməsi
- Rəqiblərin fəaliyyətlərini daim araşdırmaq və bu araşdırmaların nəticəsi olaraq yeni rəqabətqabiliyyətli strategiyalar hazırlamaq və tətbiq etmək

Tələblər:
- Bu sahədə ən az 1 il iş təcrübəsi
- Analitik düşüncə qabiliyyəti
- MS Office proqramlarında səlis işləmə bacarığı
- Kollektivlə işləmə bacarığı, ünsiyyətcil olmalı
- Məlumat təhlili və proqnozlaşdırma üsulları haqqında anlayış
- Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilmək

İş qrafiki: 5 günlük
Əmək haqqı aralığı 1000-1500 azn və əlavə olaraq aylıq bonus.

Vakansiyaya müraciət üçün CV-nizi “Böyük məişət texnikası üzrə kateqoriya meneceri” mövzusu ilə hr@mandarin.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 2021-09-05