Böyük mühasib

Şirkət haqqında
Əmək haqqı
800 – 1000

İş haqqında

Şirkət haqqında: "Şok elektro" MMC elektrik mallarının istehsalı, idxalı, topdan və pərakəndə satışı ilə məşğul olur. "Şok elektro" MMC dünyada tanınmış bir çox firmaların Azərbaycan Respublikasındakı rəsmi nümayəndəsidir.

Ümumi tələblər:
- Ali təhsil (İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə-kredit)
- Müvafiq sahə üzrə 3 ildən artıq iş təcrübəsi;
- Proqram bilikləri: MS Word, MS Excel, 1C 8.3
- e-taxes.gov.az və EFP–də işləmək bacarığı.

Vəzifə öhdəlikləri
- E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması.
- Əmək haqqı və məzuniyyətlərin hesablanması,
- Ölkədaxili və beynəlxalq pul köçürmələrini vaxtında, dəqiq və qüsursuz icra edilməsi. (internetbankinq vasitəsi ilə)
- Gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi və əmək qanunvericiliyi üzrə məlumat
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlərinin uçotunu aparmaq və muhasibat uçotu hesablarında onların hərəkətini, dövriyyəsini izləmək.
- Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

İş haqqında məlumat
Əmək haqqı 800 – 1000 AZN
İş yeri Hökməli qəsəbəsi “At yalı” adlanan ərazidə yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına ("Böyük mühasib" başlığı ilə) göndərə bilərlər.

Son müraciət tarixi: 2021-03-26