İş haqqında
- İş qrafiki: Həftənin 6 günü (bazar günü istirahət)
- İş saatı: 09:00 dan-18:00 dək
- Nahar şirkət tərəfindən verilir
- Ofis Zabrat 2 də yerləşir
- Servis movcuddur (Köroğlu m/st)
- Vergi, statistika və DSMF hesabatların hazırlanması
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
- Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək
- Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək
- Hesab və elektron qaimə-fakturaların yazılması
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
- Gündəlik hesabları üzrə qalıqlar hesabatı
- Mal/Xidmətlərin, müqavlə və sifarişlərin yoxlanılması
- Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi
- Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi
- İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətlərin həyata keçirilməsi
- Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir
- Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
- İş prosesində məlumatların məxfiliyinin saxlanılması
- Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
Əmək haqqı razılaşma yolu ilə müsahibə əsasında təyin olunacaq
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü yerinə "Böyük mühasib"yazaraq göndərilməsi xahiş olunur.
Namizədə tələblər
- Yalnız Qadın namizədlər.
- Dil bilikləri- Azərbaycan və Rus dilini sərbəst bilməli
- Təhsil: Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə);
- İş təcrübəsi: Böyük mühasib kimi satış sahəsində ən azı 3 il iş təcrübəsi;
- MS Office, BTP, EVHF, hesabatları mükəmməl səviyyədə bilməli
- 1C 8.3 versiyalarını mükəmməl bilənlərə üstünlük verilir
- Məsuliyyətli və işində dəqiq
- Analitik düşüncə, ünsiyyət bacarıqları, çeviklik
- Qanunvericiliyi bilməlidir və daimi izləməlidir