Böyük mühasib

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
- Gündəlik və aylıq maliyyə hesabatlarınin tərtib edilməsi;
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Debitor və kreditor hesablaşmaların aparılması;
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və digər əməliyyatların aparılması;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Vergi bəyannamələrini, e-qaimə, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.

Namizədə tələblər:
- Ali təhsil (mühasibat uçotu, maliyyə);
- Vergi Məcəlləsini bilməli;
- 1C 8.2 və 8.3, BTP proqramları ilə sərbəst işləmək bacarığı;
- Müvafiq sahədə 2-3 ildən az olmayan iş təcrübəsi;
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
- Komandada işləmək bacarığı;
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (ingilis və ya rus dillərini bilənlərə üstünlük verilə bilər).

İş şərtləri:
- Həftə içi 5 gün 09:00 – 17:00-dək , şənbə günü 09:-00-15:00
- Əmək haqqı bilik səviyyəsinə uyğun olaraq, dəyərləndiriləcək .
- Sənədləşmə Əmək Qanunvericiliyinə uyğun aparılır.
- İş yeri: Bakı şəhəri

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi hr@butagroup.com elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Böyük mühasib “qeyd edəsiniz.
Son müraciət tarixi: 2021-09-15