Brend menecer

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifənin rolu:
Bu vəzifənin rolu bazarda brendin tanınmasını və inkişafını təşkil etməkdir.

Vəzifə öhdəlikləri:
- Bütün tədbirlərin Brendin standartlarına uyğun olaraq aparılmasını təmin edir
- Məhsulun düzgün təhlil olunması, seçilməsi və sifarişini təşkil edir
- Satış və anbardakı qalıq məhsullar əsasında büdcəni hazırlayır
- Bütün tədarük sessiyalarının müəyyən edilmiş müddət çərçivələrində operativ təşkil olunmasını və alış prosesini düzgün aparılmasını təşkil edir
- Məhsulun sifarişdən (ödəniş, məhsulun gətirilməsi, mərkəzi anbarda məhsulun işlənilməsi) satış nöqtəsinə çatmasına qədər olan bütün prosesləri zamanında təşkil edir
- Satış səviyyəsinin artımını təmin edən müvafiq tədbirlərin görülməsini təmin edir
- Hər bir mağazada müştəri xidmətlərinin standartlara uyğun olmasını təmin edir
- Vitrinlərin və reklam materialının vaxtında təzələnməsini və məhsulun mağazada düzgün şəkildə merçendayzinq olunmasını təmin edir
- Etiketləmə prosesinin vaxtında yerinə yetirilməsini və yeni gətirilən məhsulların bütün dükanlara çatdırılmasını təmin edir
- Brendin bilavasitə marketinqə aid olan bütün proseslərdə iştirak edir, müdaxilə edir və zamanında tətbiq edilməsini təmin edir
- Hər bir dükanda işləyən işçi heyətinin müvafiq sayda və keyfiyyətdə olmasını təmin edir
- Yeni kolleksiyanın tərzi və dəb istiqamətləri haqqında personala məlumat verir
- Tabeliyində olan işçilərə müvafiq təlimlər keçir və onları inkişaf etdirir
- Mağazalara təyin olunmuş KPİ-ların yerinə yetirilməsini təmin edir
- Mütəmadi olaraq mağazaları ziyarət edir və iş prinsiplərinə nəzarət edir
- Ona təhkim olunmuş (təhvil verilmiş) bütün əmlakların qorunub saxlanmasını təmin edir, oğurluq və ya itki təhlükəsi olduğu halda dərhal bu haqda ona rəhbərlik edən vəzifəli şəxsə yazılı (elektron daşıyıcı üzərində) məlumat verir

Əsas tələblər:
Professional Biliklər

- Azərbaycan və İngilis dillərini yaxşı səviyyədə bilmək
- MS Office sərbəst işləmək
- Satışın idarə olunması

Təhsil
- Ali təhsil
- Müvafiq Pərakəndə idarəetmə sertifikatı arzuolunandır

İş təcrübəsi
- Pərakəndə satış sahəsində ən azı 6-7 il iş təcrübəsi
- İdarəetmə sahəsində ən az 2-3 il iş təcrübəsi
- Təchizat sahəsində 5 il iş təcrübəsi

Professional Bacarıq və Kompetensiyalar
- İdarəetmə bacarıqları
- Təşkilati bacarıqlar
- Təqdimat bacarıqları
- Satış bacarıqları
- İşgüzar ünsiyyət
- Liderlik
- Nəticə yönümlülük
- Analitik düşüncə
- Zamanın idarə olunması

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Brend Menecer” qeyd edərək göndərə bilərlər.
Son müraciət tarixi: 2021.12.10