Büdcə üzrə aparıcı mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
1200

İş haqqında

Bilik və bacarıqlar:
- Müəssisəin illik maliyyə və büdcə planlarının, balans, mənfəət və zərər, nağd pulun hərəkəti proqnozlarının hazırlanması
- Pul vəsaitləri üzrə büdcənin tərtib edilməsi, şirkətin üzləşə biləcəyi pul defisiti ilə bağlı maliyyələşmə mənbələrinin müəyyən edilməsi
- Müvafiq struktur bölmələrin büdcə planlamasında iştirakı və koordinasiyanı təmin edilməsi
- Struktur bölmələrin təqdim etdiyi büdcə layihələrinin təhlili
- Büdcənin icrasina mütəmadi nəzarətin həyata keçirilməsi və icra vəziyyətinə dair hesabatların rəhbərliyə təqdim edilməsi
- Kənarlaşmalar barədə müvafiq struktur bölmələrinin xəbərdar edilməsi və büdcəyə düzəlişlərin həyata keçirilməsi
- Büdcə xərclərinin səmərəliliyinin təhlilinin aparilmasi və səmərəliliyinin artırılması üzrə təkliflərin verilməsi
- Büdcə gəlirlərinin artırılması üzrə mənbələrin aidiyyəti struktur bölmələrlə müzakirə edilməsi
- Şöbənin vəzifələrinə aid edilmiş məsələlər üzrə digər işləri görür.
- Müəssisədə tətbiq edilən bütün təlimatlara, qaydalara və sair prosedur və tələblərə riayət edir.

Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali bakalavr və magistr təhsili;
- Maliyyə-mühasibat işi üzrə minimum 3 il iş təcrübəsi;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklər;
- Maliyyə-uçot sahəsi ilə əlaqədar mövcud qanunvericiliyi işində tətbiq edə biləcək səviyyədə bilmək;
- Vergi qanunvericiliyi üzrə biliklər;
- Yüksək səviyyədə Azərbaycan dili biliyi;
- Xarici dil biliyi (ingilis dili, rus dili biliyi arzuolunandır);
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarının istifadə bacarığı;
- 1C 8.3 versiyası üzrə bilik və işlətmə bacarığı;
- Statistik və riyazi biliklər;
- Analitik təhlil, strateji düşünmə, korporativ idarəetmə və problem həlletmə bacarığı;
- ACCA, CIMA, CPA və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlar arzu olunandır;

Əmək haqqı: 1200 gross
E-mail: hr@ask.gov.az

Son müraciət tarixi: 2021-10-23