Büdcələmə üzrə aparıcı mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
900-1300

İş haqqında

Öhdəliklər:
- Büdcələmənin təşkili və idarə olunması proseslərinin həyata keçirilməsini təmin etmək;
- Maliyyə hesabatlarının dövrü statik və dəyişən büdcəsinin hazırlanması, plan-faktın aparılaraq analiz olunması;
- Bütün əməliyyatların büdcə daxilində olmasını yoxlamaq, kənarlaşmalar yarandıqda kənarlaşmanın səbəbini araşdırmaq, nəticələr barəsində birbaşa rəhbəri və müvafiq departamenti məlumatlandırmaq;
- Şirкətin fəаliyyət хərclərinin аnаlizi və хərclərin аzаldılmаsı və еffекtivliyinin yахşılаşdırılmаsı yоllаrını аrаmаq;
- Tətbiq olunmuş xərc standartları, limitlərinin yoxlanılması və nəzarət olunması.

Tələblər:
- Maliyyə, Mühasibat uçotu Audit və ya Tətbiqi riyaziyyat üzrə ali təhsil;
- Müvafiq sahə üzrə (Maliyyə analitiki, Hesabat və büdcələmə) minimum 3 il iş təcrübəsi;
- Analitik təhlil, strateji düşünmə, statistik və riyazi biliklər, məsuliyyət;
- Təşəbbüskarlıq və komanda ilə işləmə bacarığı;
- ACCA üzrə sertifikatların olması arzuolunandır.

Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 gün tam,şənbə günü isə natamam iş qrafiki;
- Korporativ mobil nömrə;

Əmək haqqı: 900-1300 azn aralığı.

Müraciət qaydaları:
CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “Büdcələmə üzrə aparıcı mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.
Son müraciət tarixi 30.09.2021