Çağrı mərkəzi (Call Center) operatoru

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- şirkətin Çağrı Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
- qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
- müraciət zamanı şirkətin xidmətləri haqqında ətraflı məlumat vermək;
- müraciətləri aidiyyatı olan şöbələrə yönəltmək və prosesin gedişatına nəzarət etmək;
- yeni müştəriləri telefon vasitəsilə cəlb etmək;
- Şirkətlə müştəri arasında düzgün koordinasiya yaratmaq;
- xidmətin dayanmasının və müştərilərdən kütləvi müraciətlərin daxil olmasının qarşısını almaq üçün müvafiq sistem proqramlarına nəzarət etmək;
- vəzifə təlimatında qeyd edilən digər öhdəlikləri yerinə yetirmək.

Namizədə tələblər:
- ali təhsilə üstünlük verilir
- azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli
- nitqi aydın və səlis olmalı
- fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı
- müştərilərlə ünsiyyət qurma bacarığı
- məsuliyyətli, səbrli, stressə davamlı olmalı
- MS Office proqramlarını bilməli

İş qrafiki: növbəli, günaşırı.

Müraciət qaydası: CV-nizi [email protected] elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “Çağrı mərkəzi operatoru” yazmaqla göndərə bilərsiniz.
Son müraciət tarixi: 2021-11-03