Çağrı mərkəzi operatoru

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Departament: Kommersiya departamenti/ Müştərilərlə əlaqələr şöbəsi/ Çağrı Mərkəzi

Vəzifə öhdəlikləri:
- Çağrı Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
- Qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
- Daxil olan bütün müştəri sorğuları ilə işləmək, müştəriləri lazımi qaydada məlumatlandırmaq və bütün müştəri sorğuları üzrə yüksək keyfiyyətli xidmət göstərmək;
- Əlaqənin səbəblərini və şikayətləri lazımi qaydada qeyd etmək;
- Müraciət zamanı şirkətin xidmətləri haqqında ətraflı məlumat vermək;
- Müştərilər üçün satış əməliyyatlarını tamamlamaq;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirmək

Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil
- Səlis və aydın intonasiya ilə danışıq bacarığı
- Xoş səs tonuna malik olmalı;
- Müştərilərlə ünsiyyət qurma bacarığı
- Komanda ilə işləmə bacarığı
- Məsuliyyətli, səbrli, stressə davamlı olmalı
- Microsoft Office proqramları üzrə biliklər
- Qeyd olunan vəzifə üzrə iş təcrübəsi
- Azərbaycan dili və rus dilini - yüksək səviyyədə bilmək (ingilis dili biliyi üstünlükdür)

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək göndərə bilərlər.
Son tarix: 30.11.2021