Call Center operatoru

Şirkət haqqında
Əmək haqqı
400

İş haqqında

Tələblər
- Yaş : 18-30
- Cins : Qadın
- Azərbaycan və Rus dillərində səlist danışıq
- Təhsil: ali və ya orta ixtisas
- İş təcrübəsi: ən azı 1 il call center,
- Kompüter bilikləri: MS Office proqramlarını (xüsusilə Word və Excel) və 1C(arzu olunandır)

Öhdəliklər:
- Telefonda ünsiyyət qurma və müştərilərlə işləmək bacarığı;
- Fikrini aydın ifadə etmə və səlist danışıq qabiliyyəti
- Stressə davamlılıq və etirazlarlarla işləmə bacarığı
- Daxil olan zəngləri qəbul etmək və müvafiq sistemdə qeydiyyatını aparmaq;
- Müraciətləri aidiyyatı bölmələrə yönəltmək və prosesin gedişatını nəzarətdə saxlamaq;
- Qeydiyyata alınmış müraciətlərin vaxtında həll olunmasını izləmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini etmək;
- İşin gedişatı haqqında rəhbərliyə hesabat vermək

İş barədə məlumat:
- Ə/H 400 azn
- Əmək qanunvericiliyinə əsasən rəsmiləşdirmə
- Nahar şirkət tərəfindən verilir.
- İş qrafiki 1-6-cı günlər, 09:00-18:00 .
- İş yeri: Gənclik , Məmməd Araz 56 K ( Avropa Qapılarının yanı )

Şirkət haqqında məlumat
Mebel istehsalı üçün hər növ yerli və xarici xammalın satışı (topdan və pərakəndə) və yarımfabrikatların istehsalı xidməti istiqamətində ixtisaslaşan və aparıcı şirkətlərdən biri olan ARSENAL GROUP artıq 28 ildir ki, Azərbaycanda uğurla fəaliyyət göstərir. Şirkət tərəfindən idxal olunan xammal Avstriya, Almaniya, İtaliya, Bolqarıstan, Polşa və Türkiyənin 50-dən çox tanınmış şirkətlərindən gətirilir. Arsenal Group bu şirkətlərin 24-nü Azərbaycanda rəsmi distribyutor kimi təmsil edir. Azərbaycan mebel sektoruna keyfiyyətli və son tendensiyalara uyğun olan məhsullar təklif etmək üçün şirkətin nümayəndələri mütamadi olaraq dünya mebel sərgilərində iştirak edirlər.“ARSENAL GROUP” namizədləri “Satış məsləhətçisi” vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

“ARSENAL GROUP” namizədləri “Call center Operatoru” vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
CV -göndərərkən mütləq şəkildə mailin mövzu bölümündə Call center Operatoru qeyd edin.
E-mail: cv@arsenalgroup.az

Son müraciət tarixi: 2021-08-11