Call Center Operatoru

Şirkət haqqında
Əmək haqqı
400

İş haqqında

Şirkət haqqında:
“ Minor Electronics” magazalar şəbəkəsi “Minor Business Gorup” MMC şirkətinin nəzdnində 2017-ci ildən bu günə kimi müştəriləri üçün hədsiz imkanlar yaratmaqla onlara hər zaman keyfiyyətli məhsullar təqdim etməklə və yüksək səviyyədə xidmət göstərməklə yerli bazarda fəaliyyət göstərən şirkətdir. Əsas hədəfimiz ilk növbədə müştəri məmnuniyyətini qoruyub saxlamaq və müştərilərimizi daha keyfiyyətli məhsullarla təmin etməkdir.

İş barədə:
- Gündəlik daxil olan bütün müraciət və zənglərin vaxtında və pozitiv şəkildə cavablandırılması və sifarişlərin qəbulunun təşkili;
- Şirkətə daxil olan müraciətlərin, təkliflərin və şikayətlərin aidiyyəti üzrə şöbələrə yönləndirilməsinin təşkil edilməsi;
- Ay ərzində müəyyən edilən kampaniyaların mütəmadi olaraq şirkətin mövcud müştəri bazasına çatdırılmasını təmin etmək;
- Müraciətlər üzrə gündəlik hesabatların hazırlanması

Namizədə tələblər:
- Xanım namizəd
- Əla kompüter bacarığı – MS Office
- Azərbaycan və rus dilində səlis danışıq, mükəmməl yazma və redaktə etmə bacarığı
- Elektronika və məişət əşyaları sahəsində iş təcrübəsi arzu olunandır.
- Müştərilərlə biznes etikası standartlarına uygun olaraq (mehriban,təmkinlə)unsiyyət qurmaq
- Ünsiyyətcil olmaq
- İşində məsuliyyətli
- Komandada iş bacarığı

İş şərtləri:
- Həftənin 6 günü iş, 1 gün istirahət;
- Əmək haqqı minimum 400 AZN nəzərdə tutulmuşdur.

Əmək haqqı namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Call Center Operatoru” qeyd edərək info@minorgroup.az ünvanına göndərməkləri xahiş olunur.
Qeyd: Vakansiyaya uyğun olmayan CV–lərə baxılmayacaq.

Son müraciət tarixi: 2021-10-21