Camaşırxana şöbəsinin müdiri

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Camaşırxana şöbəsinin müdiri (Otel)

Əsas vəzifə və öhdəliklər:
- Camaşırxananın fəaliyyətinə nəzarət edilməsi, həmin fəaliyyətin müəyyən edilmiş standartlara və təsərrüfat işləri üzrə müdirin təlimatlarına əsasən və ya onun köməyi ilə davam etdirilməsi üçün məsuliyyət daşıyır.
- İşlərin necə icra etmək lazım olduğunu yaxşı bilir və əlaqədar keyfiyyət meyarlarından xəbərdardır.
- Camaşırxananın ardıcıl və problemsiz gündəlik fəaliyyətinin təşkili üçün məsuliyyət daşıyır.
- Bütün növ camaşırların düzgün yuyulması, təmizlənməsi və saxlanması, uyğun yerlərə və ya daha sonra üzərində iş görülməsi məqsədilə lazımi yerlərə göndərilməsi üçün məsuliyyət daşıyır.
- Təsərrüfat işləri üzrə müdirlə inventarizasiya aparır və bu inventarizasiyaya əvvəlcədən hazırlıq görür.
- Camaşırxana inventarını yoxlayır, camaşırxananın fəaliyyətinə mane ola biləcək amillərlə əlaqədar qrup rəhbərinə dərhal xəbər verir.
- Camaşırxananın işinin keyfiyyətli olması məqsədilə materiallardan qənaətlər və ekoloji təmiz üsullarla istifadə edir.
- Təmizlik maddələri üçün məsuliyyət daşıyır, lazım olarsa maliyyətləri və gözlənən iş həcmini nəzərə alaraq həmin maddələrin sifarişini verir, sifarişini yazılı olaraq qrup rəhbərinə təqdim edir.
- Kollektivin yeni üzvlərinə kömək edir, onlara işi öyrədir.
- Camaşırxananın təmizliyi və səliqəsi üçün məsuliyyət daşıyır, təmizlik işlərini təşkil edir və nəzarət altında saxlayır, lazım olarsa bu işlərdə özü də iştirak edir.
- Camaşırxanadakı qurğu və avadanlıqları düzgün (onların işlədilməsinə aid təlimatlara uyğun olaraq) işlədə bilir, camaşırxana işçilərinin də bu qurğu və avadanlıqları necə işlətməsinə nəzarət edir.

Namizədə tələblər:
- Ali və ya orta ixtisas təhsilli
- Camaşırxana və ya təmizlik sahəsində ən azı 5 illik iş təcrübəsi
- Stress altında işləmə bacarığı
- Kimyəvi maddələrlə işləmə bacarığı

İş Şərtləri:
- İş vaxtı: həftədə 6 gün;
- Əmək haqqı: 1000-1500 AZN (müsahibə zamanı təyin olunur)

Maraqlanan namizədlər mövzu yerində “Camaşırxana şöbəsinin müdiri” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 2021-03-27