Çeşidləyici

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Sifariş qaiməsi əsasında anbardan dərman preparatlarını və digər tibbi ləvazımatları çeşidləyir;
- Qaimədəki sifarişə əsasən dərman preparatlarının və digər tibbi ləvazımatların yararlılıq müddətini və seriyalarını çeşidləyib topladıqdan sonra nəzarətçiyə təqdim edir;
- Nəzarətçinin qaimə əsasında yoxladığı sifarişin çeşidlərində və sayında problem olduqda onun tapşırıqlarını yerinə yetirir;
- Rəflərdə dərman preparatlarını və digər tibbi ləvazımatların düzgün yığılmasına,müddət və seriyaların ardıcıllığı ilə düzülməsini təmin edir;
- Rəfləri təmiz və səliqəli saxlayır;
- Rəhbərinin göstərişlərini düzgün yerinə yetirir və istifadəsində olan inventar, avadanlıqları qoruyur, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edir.

TƏLƏBLƏR:
- İş təcrübəsi: 0 – 1 il.
- Riyazi təfəkkür və işin incəliklərinə diqqət;
- Operativlik;
- Böyük həcmli işdə işləmək bacarığı;
- Komandada işləmək bacarığ;
- Azərbaycan dili – mükəmməl; Rus dili – orta;
- Kompüter bacarıqları: MS Office, 1C programı;
- Anbar sahəsində çalışanlara üstünlük verilir.

İŞ ŞƏRAİTİ:
- İş qrafiki: 6 günlük iş həftəsi;
- İş yeri: Gəncə şəh. Niyazi Əhmədov.

Maraqlananlar CV-lərini vacancy@avromed.az elektron ünvanına 15.10.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Çeşidləyici” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.