CRM və DATA üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Öhdəliklər:
- Təşkilatın fəaliyyət sahəsi və rəqəmsal platformalarına müvafiq olaraq əldə edilməli məlumatların təyin edilməsində və həyata keçirilməsində iştirak;
- Təşkilatın fəaliyyəti barədə məlumatlılığı artırmaq və şəffaflığı təmin etmək məqsədilə müxtəlif seqmentlər üzrə davamlı kommunikasiyanın aparılması;
- Müvafiq kommunikasiya üzrə nəticə və geri dönüşlərin riyazi və statistik üsullardan istifadə edərək təhlil olunması və vizuallaşdırılması;
- Məlumatların təhlili nəticəsində biznes yönümlü proqnozların və tövsiyələrin formalaşdırılması

Tələblər:
- Ali texniki və ya iqtisadi təhsil;
- Müasir CRM platformaları və data vizuallaşdırma alətlərindən istifadə təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Digər məlumatlar:
- İş saatı : Tam iş qrafiki - 5 gün (09 :00-18:00);
- Əmək haqqı müsahibə əsasında razılaşdırılacaq.

Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində “CRM və DATA üzrə mütəxəssis” qeyd edərək e-ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 2022.02.09