İş haqqında
Vəzifə: Data Analitik
İş qrafiki: Bazar ertəsi – cümə, 09:00 – 18:00
Əmək haqqı: 2500-3000 manat
Müraciət üçün son tarix: 30.04.2021
Vəzifə öhdəlikləri:
- Məlumatların analizi, vizuallaşdırılması, və əldə olunan nəticələrin təqdimatı;
- İstifadədə olan kredit skorinq modelinin perfromansina nəzarət, modelin “back-testing” edilməsi;
- Mövcud modelin təkmilləşdirilməsi üçün fərqli modellərin hazırlanması, müqayisəsi və dəyərləndirilməsi;
- Məlumatlar bazasından istifadə edərək banklar üzrə fərdi və ümumi analzilərin aparılması, əldə olunan nəticələrin vizuallaşdırılıması və təqdimatı;
- Kredit riskinə təsir edə biləcək dəyişənlərin araşdırılması.
Namizədə tələblər:
- Riyaziyyat, Statistika, İqtisadiyyat və ya hər hansı müvafiq sahə üzrə ali təhsil (xaricdə təhsil olması üstünlükdür);
- Bank sahəsi və kredit risklərinin dəyərləndirilməsi üzrə iş təcrübəsi -üstünlükdür;
- Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yüksək, Rus dili – üstünlükdür;
Bacarıq və biliklər:
- Statistik proqramlaşdırma dillərindən hər hansı biri (R və ya Python, SQL) üzrə ən azı 2 illik iş təcrübəsi;
- Statistik modelləşdirmə (xətti və qeyri-xətti modellər) üzrə ən azı 2 illik iş təcrübəsi.
- Data analitakası və vizuallaşdırma bacarıqları;
- Müstəqil araşdırma qabiliyyətinə malik olması;
- Təşəbbüskarlıq, operativlik, prioritetləri düzgün müəyyənləşdirmə;
- İşə planlı yanaşma bacarığı, fikrini düzgün və səlis izah etmə;
CV-ni “Data Analitik” başlığı ilə
[email protected] mailinə göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 2021-05-01