Data Scientist

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

- Statistika və “Machine Learning” metodologiyalarını istifadə edərək modellərin dizaynı və istifadə olunması;
- Risklərin qiymətləndirilməsi, erkən xəbərdarlıq sistemləri və ehtimal modelləri kimi innovativ və yenilikçi həllərin araşdırılması və yaradılması;
- Kredit portflelinin paylanması və risklərin minimallaşdırılması üzrə “Machine Learning” modellərin yaradılması və istifadə olunması;
- Kredit risk monitorinqi, yığılması və qiymətləndirmə modellərinin yaradılması və istifadə olunması;
- Komanda üzvlərinin yönləndirilməsi və texniki dəstəyin göstərilməsi.

Sizdən nə tələb olunur?
- Təhsil: Statistika, Riyaziyyat, Kompyuter Elmləri, Mühəndislik, İqtisadiyyat və ya digər əlaqəli sahədə Magistratura və ya PhD
- İş təcrübəsi: Müvafiq sahədə azı 2 il

Digər:
- Kredit qiymətləndirilməsi üzrə təcrübə
- Real layihələrdə analitik həllərin uğurlu tətbiqinin sübutlu təcrübəsi
- Mükəmməl SQL və Python təcrübəsi
- Linux, “object-oriented” proqramlaşdırma və versiya kontrolu üzrə təcrübə
- Kommersiya məlumatlılıq və geniş biznes məsələlərin analizi

Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda ““Data Scientist”” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Son müraciət tarixi: 2022.05.27