Daxili Audit departamentinə IT auditor / baş və aparıcı IT auditor

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Bizim üçün ideal namizəd:
- İnformasiya Texnologiyaları və ya digər müvafiq istiqamət üzrə ali təhsili olan;
-İT auditor və ya İT risklərin idarə edilməsi üzrə ən azı 1-3 il iş təcrübəsi olan;
- Güclü kommunikativ bacarıqlara sahib olan;
-Problem həll etmə bacarığı olan;
- Analitik düşüncə tərzi olan;
-Son 6 ay ərzində intizam tənbehi (yazılı xəbərarlıq və töhməti) olmayan şəxsdir.

QEYD: SQL, Oracle, İnfrastruktur (Aparat və Proqram Təminatı, Şəbəkə, Verilənlər və s.), yedəkləmə və virtuallaşma üzrə praktiki və dərin biliklərə sahib olan və ya Unix və Linux PT-ı üzrə nəzəri biliklərə sahib olan namizədlərə üstünlük veriləcəkdir

Görəcəyiniz işlər:
- İT üzrə risk-əsaslı audit planının hazırlanması və ya hazırlanması üçün təkliflərin verilməsi;
- Audit hesabatlarının hazırlanması;
- İT sahəsi üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət sistemlərinin qiymətləndirilməsi;
- İT Risk yönümlü audit proqramlarının tərtib edilməsi;
- Yoxlanılan proseslərin müvafiq qanunvericiliyə (normativ akt), prosedur və qaydalara uyğunluğunun təmin olunması;
- Bankda daxili normativ qaydaların, təlim və prosedurların, həmçinin qəbul edilmiş beynəlxalq İT standartlarının gözlənilməsini təmin etmək üçün yaradılmış sistem və prosedurların keyfiyyətinin və uyğunluğunun qiymətləndirilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “IT auditor” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
Daxili audit işinin spesifikliyini nəzərə alaraq müraciət edərkən müvafiq link (https://mbti.az/#home) üzrə testdən keçməyiniz və test nəticələrini məktuba əlavə etməyiniz arzuolunandır.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 2021-07-11