Daxili audit şöbəsinin şöbə müdiri

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Agentliyin daxili audit siyasətinin və strategiyasının müəyyən edilməsində iştirak etmək, iş və tədbirlər planlarını hazırlamaq və icrasına nəzarət etmək;
- Şöbənin fəaliyyət istiqaməti üzrə aydın və uzun müddətli audit planını (strategiyanın) və praktiki audit proqramını hazırlamaq;
- Daxili audit və daxili nəzarət üzrə metodologiyanın və daxili audit qaydalarının layihələrini hazırlamaq;
- Audit olunmalı fəaliyyətləri müəyyən etmək, onların vacibliyini qiymətləndirmək və müvafiq meyarlara əsaslanaraq riskin dərəcəsini təyin etmək;
- Agentliyin struktur bölmələrində səlahiyyətləri çərçivəsində daxili nəzarət tədbirlərinin, xidməti araşdırmaların, daxili audit yoxlamalarının və monitorinqlərin həyata keçirilməsində iştirak etmək;
- Daxili nəzarət sisteminin yaradılması və tətbiqinə, daxili nəzarətin və risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsinə dair təkliflər vermək;
- Agentliyin struktur bölmələrinin xidməti fəaliyyətini tənzimləyən normativ-hüquqi və digər idarəetmə aktlarının, təşkilati-sərəncamverici sənədlərin tələblərinə əməl olunmasına nəzarəti həyata keçirmək;
- Agentlikdə mühasibat uçotunun aparılmasını və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq;
- Agentliyin daxili audit siyasətinin və strategiyasının, risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.

TƏLƏBLƏR:
- Ali təhsil (Hüquqşünaslıq, maliyyə, iqtisadiyyat, idarəetmə ixtisasları üzrə);
- Yaş həddi 32-50 aralığı;
- İxtisası üzrə azı 6 il, müvafiq sahə üzrə rəhbər vəzifədə isə azı 4 il iş stajı;
- Microsoft excel üzrə tam peşəkar istifadə, digər Office proqramlarından isə sərbəst istifadə bacarığı;
- Konfliktlərin idarəedilməsi, kommunikasiya və təqdimat bacarıqları;
- Rus və ingilis dillərini səlis bilməsi arzuolunandır.

DİGƏR:
- Əmək haqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır;
- İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
- İstirahət günləri: şənbə və bazar günləri;
- Vakansiya üzrə müraciətin son müddəti: 20 avqust 2021-ci il
- İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə vacancy@regulator.gov.az poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Daxili audit – şöbə müdiri) qeyd edin.
Son müraciət tarixi: 2021-09-09