Daxili audit üzrə aparıcı mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

İş tələbləri:
- Müəyyən olunmuş vaxt çərçivəsində audit yoxlamasını həyata keçirmək.
- Audit meneceri və baş mütəxəssisin nəzarəti altında risk əsaslı audit proqramını təşkil etmək.
- Mühüm biznes prosesləri, riskləri, müvafiq nəzarət və çatışmazlıqları müstəqil şəkildə müəyyən etmək.
- Daxili nəzarət sistemlərinin uyğunluğu barədə rəy bildirmək.
- Təyin olunmuş sahədə audit yoxlamasını həyata keçirərək, risk səviyyəsini və hesabata qeyd olunmalı olan məqamları aşkarlamaq.
- Biznes proseslərin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsini müəyyən etmək.
- Aşkarlanmış çatışmazlıqlar barədə şifahi olaraq daxili audit və eyni zamanda yoxlama aparılan biznes vahidinin rəhbərliyinə məlumat vermək, audit sahasi barədə tam və ətraflı hesabat hazırlamaq.
- Təyin olunmuş işləri tələb olunan prosedurlara uyğun olaraq, yüksək səviyyədə və müvafiq
- sənədləşmə qaydaları ilə tamamlanmasını təmin etmək.

Namizədə tələblər:
- Mühasibatlıq, audit sahələrində 3 il iş təcrübəsi
- Ali təhsil dərəcəsi
- Mükəmməl Azərbaycan dili (yaxşı rus və ingilis dili bilikləri arzuolunandır)
- Kompüter bilikləri Microsoft Office, 1C mühasibatlıq
- İş ilə bağlı səyahət etmək imkanı
- Daxili Audit İnstitutunun standartları və COSO haqda güclü biliklər
- Yerli və Beynəlxalq Mühasibat Uçotu standartları və vergi qanunvericiliyi üzrə biliklər
- Daxili Audit, Risklərin İdarə edilməsi, Dələduzluq və Daxili Nəzarət üzrə diplom və sertifikatların mövcudluğu
- Kənd təsərrüfatı sahəsində biliklər

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə “aparıcı audit” yazmaqla hr@agrofoodinvest.az ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 2021-02-26