Daxili audit üzrə kiçik mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- Audit plan və proqramlarına uyğun olaraq audit prosedurlarının həyata keçirilməsi;
- Şirkətdaxili proseslərin anlaşılması üçün müsahibələrin həyata keçirilməsi və sənədləşdirilməsi;
- Həyata keçirilən audit prosedurlarının sənədləşdirilməsi;
- Şirkətdə əməliyyatların mövcud siyasət və prosedurlara uyğunluğun yoxlanması;
- Şirkətin daxili nəzarət mexanizmlərinin, o cümlədən əməliyyatların səmərəli və efektiv qurulmasının qiymətləndirilməsi;
- Audit sənədlərinin qorunub saxlanmasını təmin etmək;
- Aşkarlanan audit müşahidələrinin xətti rəhbərlərinə çatdırmaq və müvafiq tövsiyələr vermək;
- Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparmaq

Tələblər:
- Təhsil - Audit, maliyyə, mühasibatlıq sahəsində bakalavr təhsili
- Təcrübə - 1 ilədək iş təcrübəsi
- Dil Bilgisi - Azərbaycan və ingilis dilindən səlis istifadə
- Kompyuter bilgisi - Microsoft office (Word, Excel, Outlook, PowerPoint, Visio) proqramlarında sərbəst işləmə
- Lazımlı Sertifikatlar - Hər hansı peşəkar sertifikat üstünlükdür (ACCA, CİA, CFE)
- Xüsusi şərtlər - Ezamiyyəyə gedə bilmək

Digər bacarıqlar:
- Güclü yazılı/şifahi komunikasiya bacarığı;
- Analitik düşünmə bacarığı və detallara diqqət yetirmək;
- Komanda üzvü kimi işləmə bacarığı;
- İşin aparılmasında beynəlxalq etika məcəlləsinin tələblərini və konfidensiallığın təmin edilməsi;

Müraciət üçün [email protected] adresinə CV-nizi göndərə bilərsiniz. CV-nizi göndərərkən mövzu yerinə “Daxili audit üzrə kiçik mütəxəssis ” vakansiya adını qeyd etməyiniz vacibdir.
Son müraciət tarixi: 2021-11-10