Daxili audit və nəzarət şöbəsinin mütəxəssisi

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Agentliyin struktur bölmələrində səlahiyyətləri çərçivəsində daxili nəzarət tədbirlərinin, o cümlədən xidməti araşdırmaların və audit yoxlamalarının həyata keçirilməsində iştirak etmək;
- Daxili nəzarət tədbirlərinin həyata keçirilməsi zamanı aşkar edilmiş nöqsanları sənədləşdirmək;
- Agentliyin İdarə Heyəti iclaslarının protokolları və sərəncamverici sənədlərlə (əmr, sərəncam və qərar) verilmiş tapşırıqların aidiyyəti struktur bölmələr tərəfindən vaxtında, tam və mahiyyəti üzrə icra olunmasına nəzarət etmək;
- Ödəniş tapşırıqları, üzləşmə aktları, müqavilələr və mal-material üzrə təhvil-təslim aktlarının düzgünlüyünə nəzarət etmək;
- Agentliyin struktur bölmələrindən əldə edilmiş məlumatlar əsasında Agentliyin İş Planlarının hazırlanmasında iştirak etmək;
- Agentliyin İş Planlarında nəzərdə tutulmuş tədbirlərin vaxtında, tam və keyfiyyətlə həyata keçirilməsinə nəzarət etmək;
- Ölkə Prezidentinin fərman, sərəncam və digər göstərişləri ilə verilmiş tapşırıqların icrasına nəzarət etmək və həmin tapşırıqlardan irəli gələn hesabatların aidiyyəti struktur bölmələrdən əldə edilmiş məlumatlar əsasında hazırlanmasında iştirak etmək və müvafiq qaydada təqdim etmək;
- İcrası gecikən sənədləri təhlil edərək gecikmənin səbəblərini müəyyənləşdirmək və aradan qaldırılması üçün təkliflər vermək;
- Agentliyin struktur bölmələri və əməkdaşları tərəfindən onların xidməti fəaliyyətini tənzimləyən normativ hüquqi aktların və sərəncamverici sənədlərin tələblərinə əməl olunmasına nəzarəti həyata keçirmək;
- İcra və əmək intizamına riayət olunmasına nəzarət etmək, o cümlədən icra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin daha da təkmilləşdirilməsi məqsədilə təkliflər vermək;
- Agentliyin əməkdaşlarının xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirmək;
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq beynəlxalq təcrübəni araşdırmaq və Agentliyin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
- Şöbəyə daxil olan icra xarakterli sənədlərə, ərizə, təklif və şikayətlərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxmaq və cavablandırılmasını təşkil etmək.

TƏLƏBLƏR:
- Ali təhsil (Hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə);
- Yaş həddi 25-35 aralığı;
- Daxili nəzarət, auditor və ya hüquqşünas vəzifələri üzrə azı 1 il iş stajı;
- Microsoft Office proqramlarında işləmə bacarığı;
- Rus və ya ingilis dilini səlis bilməsi arzuolunandır;
- Proseslərin təhlili yönümlü xidməti araşdırmaların aparılması bacarığı.

DİGƏR:
- Əmək haqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır;
- İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
- İstirahət günləri: şənbə və bazar günləri;
- Vakansiya üzrə müraciətin son müddəti: 1 sentyabr 2021-ci il;
- İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza.

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə vacancy@regulator.gov.az poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Audit – mütəxəssis) qeyd edin.