Daxili Auditor

Şirkət haqqında
Əmək haqqı
600

İş haqqında

Vəzifə və öhdəliklər:
- İllik Audit Planının tərtibi, audit obyektlərinin və auditin həcminin müəyyən edilməsi, keçiriləcək audit yoxlamalarının təşkilini həyata keçirmək
- Mütəmadi olaraq Anbar sayımlarının həyata keçirilməsi və sistemə qeyd olunması
- Qiymət razılaşmaları, borc məsələlərində müştərilərlə üzləşmə prosesində iştirak
- Risk əsaslı daxili nəzarətin təşkili və risk əsaslı audit yoxlamalarının həyata keçirilməsi təmin etmək;
- Daxili nəzarət sistemlərinin adekvatlığının, səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi işini həyata keçirmək;
- Şirkətin Audit siyasəti, departamentin fəaliyyəti ilə bağlı olan şirkətdaxili təlimat, qayda və iş prosedurlarının layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təklifləri hazırlayıb həyata keçirmək;
- Şirkətdə maliyyə hesabatlarının dəqiqliyinin və etibarlığının, Şirkətin aktivlərinin qorunması vasitələrinin qiymətləndirilməsi, Şirkətin işinin yaxşılaşdırılması istiqamətində təsirli və səmərəli tövsiyələrin verilməsi, Şirkətin icra orqanı ilə qarşılıqlı surətdə Şirkətdə daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin fəaliyyətinin səmərəliliyinə fasiləsiz nəzarətin həyata keçirilməsini təmin etmək

Namizədlərə tələblər:
- İqtisadiyyat, maliyyə, biznes iradəçiliyi, menecment üzrə ali təhsil (MBA dərəcəsi arzuolunandır);
- Maliyyə menecmenti, audit, daxili nəzarət və ya kredit sahələrində minimum 1 il təcrübə arzu olunandır
- Yüksək analitik düşüncə və problemləri həlletmə bacarıqları;
- Liderlik, təşəbbüskarlıq, dürüstlük, dayanıqlılıq, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə sahiblik;

Şərtlər:
• Tam iş günü, iş qrafiki I-V günlər, həftədə 2 gün istirahət;
• Əmək haqqı 600 AZN

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Daxili Auditor” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Son müraciət tarixi: 2021-06-20