Daxili auditor

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Tələblər:
- Ali magistr təhsili (mühasibat uçotu, maliyyə-kredit, audit);
- Audit sahəsində minimum 2 il iş təcrübəsi;
- Mühasibat Ucotunun Beynəlxalq Standartlarının tətbiqi ilə bağlı təcrübə;
- Beynəlxalq audit standartları (BAS) üzrə biliklər;
- MS Office proqramları ilə işləmək bacarığı;
- Riyazi təhliletmə, analitik düşünmə qabiliyyəti;
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
- Audit hesabatlarının hazırlanması bacarığı;
- Sahə üzrə beynəlxalq sertifikatların olması üstünlükdür (CİA, ACCA, CPA).

Vəzifələr:
- Audit yoxlamalarını həyata keçirmək, nəticələr barədə hesabat və rəy hazırlamaq;
- Audit sənədlərinin təhlil etmək;
- Audit fəaliyyəinin effektiv təşkilinə dair təkliflər vermək;
- Daxili audit zamanı nəzarət subyektinin normal fəaliyyətinə mane olmamaq və fəaliyyət ilə əlaqədar kommersiya sirri daşıyan məlumatlardan sui-istifadə etməməklə müstəqillik və məxfilik prinsiplərinə əməl etmək.

Anketlərinizi recruiter.baku2021@gmail.com elektron ünvanına göndərməyinizi xahiş edirik.
CV göndərərkən mailin “subject” hissəsində “Auditor” qeyd etməyi unutmayın.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Son müraciət tarixi: 2021-08-07