Daxili Auditor

Şirkət haqqında
Əmək haqqı
500

İş haqqında

Şirkət: “AzəriMed“ QSC
Vakansiya: Daxili Auditor
Tələblər:
• Yaş: 20-35;
• Təhsil: Tibbi, iqtisadi və ya digər analitik ixtisaslar üzrə ali və ya orta ixtisas təhsili;
• Kompüter bilikləri: MS Office proqramlarından istifadə bacarığı;
• Təcrübə: Aptek sahəsində satış üzrə təcrübə yaxud audit təcrübəsi arzuolunandır;
• Ezamiyyəyə açıq olmalı və növbəli rejimdə işə çıxa bilməli;
• Yeni məlumatları qəbul edib operativ şəkildə tətbiq edə bilməli;
• Analitik təfəkkür;
• İşində peşəkar, məsuliyyətli, ünsiyyətcil, səbrli və inkişafa meyilli;
• Komandada işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
• İllik Audit planına və plandan kənar qrafikə əsasən, apteklərə audit vizitlərinin keçirilməsi;
• Təyin edilmiş ölkədaxili ərazilər üzrə ezamiyyətlərə gedilməsi;
• Audit viziti zamanı qarşılaşılan problemli situasiyaların analiz edilməsi, risklərin müəyyənləşdirilməsi, təhlili və tövsiyələrin hazırlanması;
• Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi və müvafiq şəkildə hesabatların verilməsi;
• Şirkətdaxili konfidensiallığa riayət olunması;
• Audit vizitinin nəticəsinə uyğun olaraq statistik, risk hesabatlarının və iş planlarının təqdim edilməsi.

İş şəraiti:
 Əmək haqqı: 500-600 AZN gross

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Daxili Auditor” qeyd etməklə cv@azerimed.com elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.