Daxili kommunikasiyalar üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Namizədə tələblər:
- Təhsili: Ali
- Yaş: 35 yaşa qədər
- Dil bilikləri: Azərbaycan dili (mükəmməl səviyyədə)
- Kompüter bilikləri: MS Office
- Müvafiq sahədə minimum 1-2 il iş təcrübəsi;
- Komanda şəklində, həmçinin gərgin iş rejimində çalışmaq;
- Yüksək icraçılıq bacarığı, təşkilatçılıq, məsuliyyətlilik, düzgünlük, kreativlik, təhlil, proqnoz və planlaşdırma qabiliyyəti, operativlik, dəqiqlik;

Vəzifə öhdəlikləri:
- Korporativ mədəniyyətin gücləndirilməsinə yönəlmiş daxili kommunikasiyalar planının hazırlanması və bu plan çərçivəsində müxtəlif formada tədbir və proqramların həyata keçirilməsi;
- Şirkətin fəaliyyəti ilə bağlı xəbərlər, şirkətin inkişaf strategiyası, dəyərləri və məqsədləri, mühüm hadisələri haqqında əməkdaşların zamanında məlumatlandırılması;
- Daxili kommunikasiya daşıyıcılarının məzmununun və dizaynının hazırlanması, nəşr edilməsi və daxildə yayılmasının təşkili;
- Korporativ nəşrlərin hazırlanması;
- Daxili sosial şəbəkənin idarə edilməsi;
- Daxili kommunikasiyanın fəaliyyəti ilə bağlı aylıq hesabatların hazırlanması
- İctimaiyyətlə Əlaqələr şöbəsi ilə bölmələr arasında görüşlərin təşkil edilməsi;
- Şirkətdə nizam-intizamın təşkili;
- Şirkət əməkdaşları arasında daxili sorğuların keçirilməsi.

Əlavə təminatlar:
- Nahar şirkət tərəfindən verilir;
- Korporativ nömrə ilə təmin edilmə;
- Servis şirkət tərəfindən təmin edilir;

İş qrafiki:
İş saatları 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00-14:00
Şənbə və Bazar istirahət günü.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Daxili kommunikasiyalar üzrə mütəxəssis" yazaraq cv@oba.com.az ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Son müraciət tarixi: 2021-04-25