Daxili Nəzarət və Komplayens departamentinə MütəxəssisAparıcı mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifəyə olan tələblər:
- İqtisadi və ya riyazi kibernetika sahəsində təhsil;
- Analitik qabiliyyət (yoxlama ssenariləri yaza biləcək səviyyədə);
- MS Office, əsasən MS Excel (bilik səviyyəsini təsdiq edən sertifikat təqdim olunmaqla), SQL bilikləri;
- Dil biliyi səviyyəsi: Türk dili – yaxşı, İngilis dili – orta.
- Daxili nəzarət və ya daxili audit istiqamətində 2 illik iş təcrübəsi.

Vəzifə öhdəlikləri:
- Departamentə aid iş axışlarının qurulması və onların icrasında iştirak edilməsi;
- Departamentə aid hesabatlıq işinin təkmilləşdirilməsi və icrasında iştirak edilməsi;
- Departamentə aid siyasət, qayda və iş axışları haqqında Bank işçilərinin məlumatlandırılması və müvafiq təlimlərin verilməsi;
- Öz funksiyalarının həyata keçirilməsi prosesində Bankın daxili strukturlarının maraqlar münaqişəsi hallarının aşkar edilməsi;
- Aidiyyatı siyasət və daxili qaydaların layihələrinin, onlara əlavə və dəyişikliklərin icrasının təşkil edilməsi;
- Daxili nəzarət sisteminin effektivliyi və uyğunluğunun yoxlanılması, həmçinin qiymətləndirilməsində iştirak edilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər Oktyabr ayının 31-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Daxili Nəzarət və Komplayens” qeyd etməyiniz vacibdir.