Direktor köməkçisi

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Vəzifə öhdəlikləri
- Direktorun tapşırığı əsasında sənədlərin nəzərdən keçirilməsi, toplanması və məzmunu barədə rəhbərliyə məlumat verilməsi;
- Direktorun iştirak edəcəyi iclaslarının, görüşlərin və konfransların planlaşdırılması, əlaqələndirilməsi və qrafikinin tərtib olunması;
- Keçirilmiş iclasların / görüşlərin protokolların hazırlanması, qeydiyyatının aparılması və qısa zamanda müvafiq şəxslərə göndərməsini təmin etməli;
- Direktorun qonaqlarının qəbul edilməsi;
- Daxil olan telefon zənglərinin cavablandırılması və adiyyatı üzrə yönləndirilməsi;
- Daxil olan hesabatların toplanması, nəzərdən keçirilməsi və birbaşa rəhbərə təqdim edilməsi;
- Direktorun ölkədaxili və ölkəxarici ezamiyyətləri ilə bağlı məsələlərin vaxtı vaxtında həll edilməsi;
- Direktorun imzasına daxil olan sənədlərin qəbul edilməsi;
- Direktorun tapşırığına əsasən məktublar, sorğular və digər sənədlərin hazırlanması;
- İş yerinin zəruri texniki vasitələr və dəftərxana ləvazimatı ilə təmin edilməsinə nəzarət edilməsi;
- Direktorun tapşırıqlarına əsasən iş üçün zəruri olan materialların çap edilməsi və məlumat bazasına daxil edilməsi;
- Baş direktorun tərəfindən tapşırılan müvafiq vəzifələrin yerinə yetirilməsi.

Namizədə qarşı tələblər
- Ali təhsil (hüquq, maliyyə);
- Analoji sahədə ən az 2 il iş təcrübəsi olan;
- Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olandır.O cümlədən - Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq baxımından üstün bacarıqlara sahib olmalı;
- Microsoft Office proqramlarını yaxşı səviyyədə bilməli;
- İşgüzar, məsuliyyətli və yüksək davranış keyfiyyətlərinə malik olmalı;
- Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə həm şifahi, həm də yazılı bilməlidir.

İş barədə məlumat
- İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllə ;
- İş rejimi: 5 günlük ;
- İş saatı: 08:30-17:30 ;
- Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq ;
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur.

Əlaqə
Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi sevda.nazarova@alyans.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.

Son müraciət tarixi: 2021-08-25