Ekspeditor (xanım)

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Namizədə tələblər:
- Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi olan xanım namizədlər;
- Yaş həddi 25-35;
- Malların satışını stimullaşdırmaq üçün işlərin təşkilinin əsasları;
- Ünsiyyətcil və inandırma qabiliyyəti yüksək olmalı;
- Dil bilikləri Azərbaycan dili əla səviyyədə ( Rus dili biliyi üstünlükdür)
- Cəld, dinamik, məsuliyyətli, dəqiq,icraçılıq qabiliyyəti olmalı;
- Satış sahəsində kariyera qurmağı hədəf seçən ;

Vəzifə və öhdəliklər:
- Şirkət ilə satış nöqtələri arasında məhsul və xidmət dövriyyəsini təmin edib, təmsil etdiyi şirkətin məhsul və xidmətlərini ən yaxşı şəkildə tanıtmaq və satışını aparmaq;
- Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, şirkətə yeni müştərilər qazanmaq;
- Daimi olaraq müştəri ziyarəti;
- Müştərilərlə rahat ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması;
- Satış hədəflərinin vaxtlı vaxtında icra olunması;
- Satış nöqtələrinə verilmiş malların pulunun yığmını vaxtında təmin etmək;
- Ərazidə qalan müştəri borclarına cavabdehlik daşımaq və nəzarət etmək;
- Şirkətin məhsullarının satış nöqtələrində istehlakçının diqqətini cəlb edəcək şəkildə açılış və düzülüşlərinin gerçəkləşməsini, məhsulu satışa hazırlanmasını təmin etmək, məhsulun satış görünüşünə nəzarət etmək;
- Satış sonrası əməliyyatların, çatdırılma və ödəmə proseslərini izləmək və ödənişləri həyata keçirmək;
- Gün sonu hesabatların verilməsi;
- Rəqib məhsullar haqda məlumatların əldə edilməsi.

Biz Sizə nə təklif edirik:
- Peşəkar, mehriban komandada iş;
- Professional və maddi artım üçün perspektiv;
- Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə;
- Nahar təminatı;
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq;
- 6 günlük iş rejimi 09:00-18:00;

Uyğun namizədlərdən öz CV formalarını göndərməsi xahiş olunur.
Son müraciət tarixi: 30 noyabr 2021