Elektrik / Mexanik

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Elektrik:

Müəssisə elektrik stansiyalarında, transformatorlu elektrik yarımstansiyalarında mürəkkəb olmayan işlərin - onların söndürməsi, transformatorların, cərəyan açarlarının, ayırıcıların və s. konstruktiv elementlərinin sökülməsi ilə yerinə yetirilməsi. Elektrik avadanlıqlarının yüklənməsinin tənzimlənməsi. Partlayış təhlükəsi olmayan armaturun təmiri, sazlanması və qurulması. Gərginliyi 1000 V-dan yuxarı olan naqillərin kəsilməsi, birləşməsi, izoləsi və lehimlənməsi. Gücü 50 kVt-dan yuxarı olan günəş və külək enerji qurğularına xidmət və onların təmiri. Elektrik avadanlıqlarının təmiri, onlara baxış və texniki xidmətində iştirak etmək, elektrik cihazları, elektromaqnit, maqnitoelektrik və elektrodinamik sistemlərinin sökülməsi, sazlanması və xidməti üzrə işlərin yerinə yetirilməsi. Transformator, elektrik açarı, reostat, idarə postu, maqnit buraxıcıları, əlaqələndiricilər və digər mürəkkəb olmayan aparaturanın təmiri. Yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında müxtəlif mürəkkəb işlərin yerinə yetirilməsi. Kran və yükqaldırıcı maşınlardan istifadə etməklə takelaj əməliyyatlarının yerinə yetirilməsi. Trassa kabeli və xətlərin çəkinməsində iştirak etmək. Akkumulyator batareyalarının sazlanması. Cihaz və avadanlıqların xaricdən rənglənməsi. Elektrik avadanlıqlarının yenidən quraşdırılması. Çertyoj üzrə izoləedici materialların emalı. Sadə montaj və prinsipial sxemlərin markalanmasının yoxlanılması.

Mexanik:

- Su təchizat, İsitmə-soyutma və havalandırma sistemlərə ait bütün mexanik hissələrin və parçaların nəzarət sazlama və təmir işləri ilə məşğul olur.
- Müvəqqəti təmir, əsaslı təmir, işlənilən materialların hesablanması və təchizi, iş alətlərin hesablanması və təchizi
- Təmir və baxım proseslərin proseduraları

Xahiş edirik CV-lərinizi işləmək istədiyiniz vəzifənin adını qeyd etməklə göndərəsiniz.
Son müraciət tarixi: 2021.12.21